Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-06-2015, 11:25)
Avropa İttifaqına və İngiltərəyə etiraz AKSİYASI

 

Bu gün bir qrup gənc, QHT nümayəndələri Avropa İttifaqının (Aİ) Bakıdakı ofisi qarşısında etiraz aksiyası keçiriblər

Aksiya iştirakçıları Aİ-nin Azərbaycana qarşı mövqeyinin qərəzli olduğunu vurğulayıb, aparılan siyasətə etiraz ediblər. Bu qurumu ikili standartlardan əl çəkməyə çağırıblar.
Aksiya iştirakçıları əllərində “Avropa İttifaqına ar olsun!”, “Azərbaycandan əl çəkin!”, “Vətəndaş cəmiyyəti ikili standartlara “yox” deyir!”, “İdmanı siyasiləşdirməyin!”, “Üzdə dost, arxada düşmən olmayın!” və başqa şüarlar yazılan plakatlar qaldırıblar.
İştirakçılar Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə etiraz ediblər. Onlar Aİ-ni Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən pozulan hüquqlarını tanımağa, pozulan haqlarını müdafiə etməyə çağırıblar.
Daha sonra aksiyanın qətnaməsi oxunub. Polisin müdaxiləsi ilə aksiyanın qarşısı alınıb.
Eyni zamanda bir qrup gənc Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında da etiraz aksiyası keçirib. Aksiya iştirakçıları “İngiltərə, ikili standartlardan əl çək!”, “İngiltərə, ermənilərlə iş birliyin mübarək!”, “London platformasının insan hüquqlarına nə aidityyatı?!”, “Azərbaycanda zor yox, hüquq işləyir!” və sairə şüarlar səsləndiriblər.
Sonda aksiyanın qətnaməsi oxunub. Qətnamə səfirliyə təqdim olunub.
(Apa)
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024