Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Araşdırma (29-06-2020, 20:32)
Azərbaycanda məşhur bacanaqlar - SİYAHI

 Azərbaycanda məşhur bacanaqlar (bacıların ərinin birbirinə qohumluq münasibəti) deyəndə ilk ağla gələn Hacı Zeynalabdin Tağıyev və onun oğlu olur. Bildiyimiz kimi, məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ikinci həyat yoldaşı general-leytenant Balakişi bəy Ərəblinskinin kiçik qızı Sona xanım olub. General Ərəblinskinin böyük qızı isə Hacı Zeynalabdin Tağıyevin oğlu Sadığın həyat yoldaşı olub.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanda məşhur insanlar arasında Hacı Zeynalabdin Tağıyev və oğlu kimi nümunələr olmasa da, bacanaq olan çoxlu sayda məşhurlar olub.
Məşhur bacanaqlar deyəndə ilk yada düşən Azərbaycanın iki dahı sənətkarı - Üzeyir Hacıbəyov və Müslüm Maqomayev olur. Bu məlumat çox geniş yayılmasa da hər iki sənətkarın Terequlova soyadlı bacılarla ailə qurduğu bildirilir. Hacıbəyov 1910-cu ildə ixtisasca rus dili müəlliməsi olan Məleykə Terequlova ilə ailə qurub. Digər bacı Maqomayevin həyat yoldaşı olub.
Azərbaycanın iki məşhur şairi - Səməd Vurğun və Abdulla Şaiq də bacanaq olublar. Səməd Vurğun Abdulla Şaiqin baldızı Xavər Vəkilova ilə ailə həyatı qurub.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubov da məşhur bacanlaqlardan hesab olunur.
Baş nazirin sabiq müavini, yazıçı Elçin Əfəndiyevlə ötən ilin oktyabr ayıda vəfat edən tanınmış alim Vasim Məmmədəliyev də bacanaq olublar. Elçin Əfəndiyevlə Vasim Məmmədəliyev tanınmış şair Teymur Elçinin kürəkənləridir.
Müdafiə Nazirliyi Tibb Komissiyasının rəisi, general-mayor Elxan İbrahimov Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bacanağıdır.
Azərbaycan Parlamentinin vitse-spikeri Əli Hüseynovun bacanağı Hacıyev Sədrəddin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin sədri vəzifəsində işləyir.
“Azər Gold” QSC-nin sədri Zakir İbrahimov İqtisadiyyat naziri Naziri Mikayıl Cabbarovun bacanağıdır.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov millət vəkili, Milli Məclisin keçmiş vitse-spikeri Ziyafət Əsgərovun bacanağıdır.
Prezidentin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovla Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev bacanaqdır.
Bu yaxınlarda vəzifədən çıxarılan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Mədəniyyət kanalının müdir müavini Nadir Axundov sabq Milli təhlükəsizlik naziri Eldar Mahmudovla bacanağıdır.
“İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Hidayət-zadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır.
Bu yaxınlarda DTX tərəfindən saxlanılan Neftçala rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov Qax rayonu İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin bacanağıdır.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini, hazırda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Etibar Yolçuyev Şirvan Şəhər İcra Hakimiyyəti başçısını İlqar Abbasovun bacanağıdır.
Milli Məclisin deputatı Musa Qasımlının bacanağı onun deputat seçildiyi 72 saylı Yardımlı-Masallı seçki dairənin sədri Qabil Canaliyevdir.
Milli Məclisin daha bir deputatı, “Müsavat” Partiyasının sabiq Divan üzvü Rasim Musabəyov Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayevin bacanağıdır.шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024