Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Aktual (25-05-2018, 11:34)
Söhrab Abbasovun rayonlarda himayə etdiyi mebel və yeşik sexində doğranan qiymətli ağaclar

Söhrab Abbasovun rayonlarda himayə etdiyi mebel və yeşik sexində doğranan qiymətli ağaclar

Bu günədək sosial mediada daha çox ittiham olunan qurumlardan biri də ETSN idi ki, bu da adı çəkilən nazirliyə rəhbərlik edən şəxsin gələcək karyerasına ciddi təsir edirdi. Hər kəsə o da gün təki aydındır ki, sosial mediada adı çəkilən qurumla bağlı tənqidi informasiyalar yayılan kimi, nazirliyin bəzi əməkdaşları dərhal hərəkətə keçirdilər və həmin məlumatların ayrı-ayrı xəbər portallarından yığışdırılmasına da çalışırdılar.

Təyinat

Yaşanan olaylarla bağlı silsilə tənqidi açıqlamaların dərcinə, məhz adı çəkilən qurumda hökm sürən “bezpredel” idarəçiliyin varlığı səbəb olurdu. Maraqlı hal o olurdu ki, tənqidi açıqlamalar dərc olunan kimi rəhbərlik vəziyyətdən çıxış yolu tapmağa çalışır və bəzi rayonların meşə təsərrüflarına rəhbərlik edən şəxsləri tez-tez daşıdıqları vəzifələrindən uzaqlaşdırırdı. Bu cür addımların atılmasına baxmayaraq, meşə təsərrüfatı sahəsində vəziyyət düzəlmirdi ki, düzəlmirdi. Buna səbəb sabiq rəhbərliyin yarıtmaz kadr siyasətinin varlığı oludu. Məsələn, xeyli müddət bundan əvvəl nazirlkdə ən böyük departamentlərdən olan--Meşələrin İnkişafı Departamentinin direktoru vəzifəsindən uzaqlaşdırıldı və həmin vəzifəyə Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Xəlil Ramazanov adlı şəxs təyin olundu. Belə bir təyinatın verilməsinə baxmayaraq, Xəlil Ramazanov da rəhbərliyin etimadını doğrulda bilmədi. Çox keçmədi ki, bir çox rayonların meşə təsərrüfatlarına rəhbərlik etmiş Söhrab Abbasov, ETSN Meşələrin inkişafı departamentinin direktor əvəzi, departamentin meşəbərpa və meşəsalma sektorunun müdiri vəzifəsinə irəli çəkildi.

Sexlər göbələk kimi artdı

Məhz onun təyinatından sonra Göyçay, Masallıda mebel və yeşik sexləri göbələk kimi çoxaldı.

Qiymətli ağac növləri vəhşicəsiə qırılaraq sexlərə daşındı.Azerinfo.az saytı olaraq ötən müddət ərzində bir çox şəhər və rayonların, o cümlədən Zaqatalanın, Qəbələnin, Qubanın, Masallının, Balakənin, Qaxın, Astaranın, Qusarın, İsmayıllını, Tovuzun, Daşkəsənin, Goranboyun, Beyləqanın, Bərdənin, Şabranın, daha çox isə Gədəbəyin meşə təsərrüfatında yaşanan acınacaqlı durumun varlığı haqda silsilə tənqidi açıqlamalar dərc etmişik. Hətta elə hallar olub ki, dərc etdiyimiz açıqlamalar əsasında nazirliyə rəsmi məktublar ünvanlamışıq və qarşı tərəfdən rəsmi cavablar da əldə edə bilmişik. Məsələn, 30 oktyabr 2017-ci il tarixdə Nazirliyə ünvanladığımız məktuba Meşələrin inkişafı departamenti direktorunun imzası ilə təsdiq olunmuş 14/1445 saylı cavab məktubu verilmişdi və hətta bizim yazdıqlarımız verilmiş cavab məktubunda da təsdiq olunmuşdu. Həmin məktubda istər 2016-cı ildə, istərsə də 2017-ci ilin 9 ayı ərzində Oğuzun meşə zolaqlarına vurulmuş ziyana görə aktlaşdırılmış ziyanın məbləği, neçə nəfər əməkdaşla bağlı intizam tədbirinin seçilməsi, neçə nəfər barəsində cinayət işinin qaldırılması və s. açıq-aydın şəkildə qeyd olunmuşdu. Təəssüf doğuran hal o olurdu ki, biz bir xəbər portalı olaraq belə bir problemləri daim qabardırdıq, baş verənlər haqda hər kəsi məlumatlandırmağa çalışırdıq, dərc etdiklərimizi nazirliyin rəsmi şəxsləri də təsdiqləyirdi, digər tərəfdən isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan bəzi vəzifə sahibləri bizi Azərbaycan Respublikası MPM-nin149-cu və 150-ci maddələrinin tələbləri əsasında, 1 saylı Bakı İnzibati-

İqtisad Məhkəməsinə sürükləyirdi. Yazdıqlarımızı şər-böhtan adlandırmaqla bərabər, dərc olunanlara görə təkzib verilməsini, hətta məhkəmə heyyətindən bizdən 5 (beş) min manat məbləğində pulun tutularaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesab nömrəsinə köçürülməsi yöndə qərar çıxarması da xahiş olunurdu. Belə bir halların varlığı isə, artıq əndazənin aşılması demək idi.

Sexə daşınan fıstıq ağacları

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun vəzifədən azad olunmasından dərhal sonra Söhrab Abbasovun gözlənilməz mətbuat konfransı keçirməsi maraqla qarşılandı. Çünki son 3 il ərzində bu qurumun mətbuat konfransı keçirməsi müşahidə edilməməməsi,eyni zamanda yeni rəhbərliyin təyinatından sonra belə bir addımın atılması çoxlu suallar yaradırdı. Ölkə mediasında xəbər başlıqlarına çıxarılan “Ermənilər meşələrimizi vəhşicəsinə qırırlar” ifadəsi sosial şəbəkələrdə müzakirə mövzuzuna çevirildi.Belə ki, Hüseynqulu Bağırovun nazir kürsüsündən azad eilməsindən dərhal sonra Zöhrab Abbasovun mətbuat nümayəndələri önündə meşələrimizlə bağlı açıqlamalar verməsi hansı məqsədlərə hesablanması sual yaradırdı? Departament direktoru əvəzi açıqlamalarında Ermənistanda mebel istehsalının yüksək səviyyəyə qalmasına da ehyam vuraraq,meşələrimizin qırılması hesabına baş verdiyi barədə statistik məlumatlar verib.

Söhrab Abbasovun bu açıqlaması sosial şəbəkələrdə qınaq obyektinə çevrildi.

Söhrab Abbasova sual veririk- Sexlərə Qəbələdən daşınan fıstıq ağacların da ermənilər qırıb? Axı bu sex sizun adınızla bağlıdır.Bu sexə Qəbələdə, Gədəbəydə doğranan ağaclar daşınır.

Uğursuz kadr

Bütün bunlar onu sübut edir ki, Söhrab Abbasov yarıtmaz idarəçiliyi ilə ETSN-nə uğurlar deyil, birbaşa uğursuzluqlar gətirən vəzifə sahiblərindəndir. Bəli, Söhrab Abbasov daşıdığı vəzifəsinin icraasına başladıqdan sönra, respublikamızın şəhər və rayonlarının meşə təsərrüfatı sahələrində bənzəri olmayan faciələrə, yəni kütləvi qırıntılara yol verildi ki, bu da adı çəkilən şəxsin fəaliyyətsizliyini təsdiq edən hallar olur. Çünki, reaksiyamıza daxil olan məlumatlar əsasında biz açıqlamalar dərc edirik və Nazirliyə göndərdiyimiz rəsmi məktublara adı çəkilən qurumda səlahiyyət sahibi olanlar, qeyd etdiyimiz faktları təsdiq edərək cavablar verirlər. Atılan addımlar, verilən cavablar və s. tam şəkildə təsdiq edir ki, Söhrab üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirmir və açıq—aşkar şəkildə ekologiyamıza qənim kəsilir. Belə bir addımları atmaqda əsas məqsədimiz, meşə təsərrüfatı sahələrində bəzi vəzifəli şəxslərin günahı ucbatından qol qoyulan qanunsuzluqların qarşısının alınmasına dəstək verməkdir.

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı

Xəbər lenti
19 06 2018
19 06 2018
19 06 2018
19 06 2018
19 06 2018
19 06 2018
19 06 2018
19 06 2018
19 06 2018
19 06 2018
19 06 2018
19 06 2018
19 06 2018
19 06 2018
19 06 2018
19 06 2018
19 06 2018
19 06 2018
19 06 2018
19 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018