--- (2-07-2014, 11:31)
Üzeyir Cəfərov: “Siz nə millət vəkili olardınız, nə də...“
“Əhməd Vəliyevin mənə 10 ildir 1000 manata yaxın borcu var”
Hərbi ekspert Üzeyir Cəfərov Milli Qəhrəman İsgəndər Aznaurovun qızının “Odlar Yurdu” Universitetində təhsil haqqı borcuna görə dövlət imtahanına buraxılmaması məsələsinə münasibət bildirib.
O, Adolat Aznaurovanın imtahanlara buraxılmamasını utancverici hal adlandırıb və Facebook vasitəsilə Əhməd Vəliyevə təklif verib.
“Buradan millət vəkili və eyni zamanda "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyevə səslənirəm. Hörmətli Əhməd müəllim, sizin 2004-cü ildən mənə 1000 manata yaxın pul borcunuz var. Bu pul böyük qızım Leylanın TQDK xətti ilə sizin universitetin hüquq fakültəsinə daxil olarkən 2004-cü ildə rəsmi qaydada sizə ödədiyim pul vəsaitidir ki, o vaxtdan bu günə kimi o pulu siz mənə min bir bəhanə ilə qaytarmırsınız. Xatırladıram ki, qızım ailə qurması ilə əlaqədar ali təhsilini yarımçıq qoyaraq həyat yoldaşı ilə Azərbaycanın rayonlarından birinə köçərək orada yaşayır. Mən Sizin qəbulunuzda olarkən, sizdən ödənilmiş təhsil haqqına görə pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdim. Amma, sizin müxtəlif bəhanələriniz, o cümlədən o pulun yalnız qızıma qaytarıla biləcəyini deməyiniz məni bu işdən bir qədər soyutdu. Dünənki məlumatı oxuduqdan sonra isə mən qərara gəldim ki, həmən o 1000 manata yaxın pul vəsaitini Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurovanın təhsil haqqını ödəməsinə yönəldilməsi haqqında göstəriş verməyi sizdən xahiş edim. Mətbuat vasitəsiylə etdiyim bu müraciəti xahiş edirəm, rəsmi müraciət kimi qəbul edəsiniz.
Mən inanıram ki, Siz həyatını Azərbaycan xalqının yolunda fəda etmiş bir Qəhrəman insanın övladına şərait yaradacaqsınız ki, o qızımız dövlət imtahanlarını versin və gələcəyin layiqli bir ziyalısı olsun.
Sonda isə, hörmətli millət vəkili kimi sizə müraciət edirəm ki, danışıqlarınızda bir qədər diqqətli olasınız. Sizin kimi ziyalıya və universitet rektoruna yaraşmaz ki, siz "Milli Qəhrəman qızı olması bizim üçün fərq etmir" kimi təhqiramiz və düşünülməmiş ifadələri dilinizə gətirəsiniz. Bu sizin nə yaşınıza, nə tutduğunuz statusa, nə də ali məktəb rəhbəri kimi rektorluğunuza yaraşan münasibət deyil.
Biz, Qarabağ savaşının həqiqi iştrakçıları bütün döyüşçü dostlarımızı, xüsusən də Azərbaycanın Milli Qəhrəmanı adını almış şəxslərin özlərinə, ailə üzvlərinə sonsuz hörmət və ehtiram bəsləməyə borcluyuq. İsgəndər Aznaurov kimi oğullar vaxtında düşmən qarşısına çıxmasaydılar, indi Siz nə millət vəkili olardınız, nə də çoxlu var-dövlətə sahib çıxa bilməzdiniz. Bunları unutmamağınızı xahiş edirəm”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
19 05 2025
19 05 2025