Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (19-07-2023, 11:34)
MİQ bitdi, qalmaqal başladı: - Müəllim olmaq istəyənlər niyə narazıdır?

MİQ bitdi, qalmaqal başladı:
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb.

İyulun 11-dən 15-dək davam edən imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilib. İmtahanlara riyaziyyat, fiziki tərbiyə, kimya, tarix, coğrafiya, informatika, fizika, fransız dili, ibtidai sinif müəllimliyi, musiqi, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (rus bölməsi), ingilis dili, təsviri incəsənət, texnologiya, biologiya, alman dili, rus dili, rus dili və ədəbiyyatı fənləri üzrə ümumilikdə 57 min 667 namizəd dəvət olunub.

Onlardan 47 min 586 namizəd test imtahanlarında iştirak edib. Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Son iki il ərzində müəllimlərin işə qəbulu imtahanı vasitəsilə müddətsiz müqavilə əsasında 7 724, müddətli əsaslarla isə 11 854 nəfər işə qəbul olunub. Qeyd edək ki, MİQ imtahanında iştirak edən müəllimlərin bir qismi sosial şəbəkələrdə imtahanların daha asan olduğunu bildirsə də, bir qismi isə sualların çətin olması və yaxud vaxt azlığından şikayətlənirlər.

Mediatv.az -ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, müəllimlərin işə qəbulu prosesi ölkədə 2011-ci ildən mərkəzləşmiş qaydada imtahan vasitəsilə həyata keçirilir:

“Ötən müddət üçün fəxrlə deyə bilərik ki, MİQ şəffaf şəkildə həyata keçirilir. Ancaq imtahan suallarının hazırlanması prosesi özü daim təkmilləşən bir mexanizmdir. MİQ daim təkmilləşir və bundan sonra da təkmilləşməyə ehtiyacı var. Sualların böyük qoyulması, vaxtın həmin suallara nisbətən az olması bizim qəbul etmək istəmədiyimiz tərəflərdir. Ancaq ümumilikdə bütün imtahanın üzərinə kölgə salmaq doğru olmaz.

Burada əsas məsələ odur ki, suallar doğrudan da çox düşündürücü və müəllim peşəsinə yaradıcı münasibət bildirən şəxsləri seçməyə kömək edir. Təbii ki, bu kimi suallar nicbətən daha geniş məzmunlu olmalıdır ki, fikri çatdırsın. Düşünürəm ki, ümumiyyətlə, MİQ mexanizmində müəyyən dəyişiklik olmalıdır.

Biz müəllim seçirik. Fənn suallarının sayı minimuma endirmək, metodiki sualların sayını isə artırmaq lazımdır. Ən azı 50/50-yə olmalıdır. Ümumilikdə, fənn üzrə bilik və bacarıqları yoxlayırıqsa, bu ayrı, metodika ilə bağlı ayrı imtahan olmalıdır. MİQ imtahanı bir yox, iki mərhələli ola bilər. Yəni test mərhələsi iki hissədən ibarət olmalıdır”.

Eksert bildirib ki, müəllimlərin narazılığının haqlı və haqsız tərəfləri var:

“Haqlı məqamları vaxt azlığıdır. Haqsız tərəfi odur ki, müəllimlər daha hazırlıqlı olmalıdırlar. Bilməlidirlər ki, zaman-zaman suallar və sualların qoyuluşu da çətinləşəcək. Müəllim kadrların seçilməsi üçün daha yaradıcı və düşündürücü suallar olacaq. Daha yaxşı hazırlaşmaq lazımdır. Eyni zamanda, MİQ imtahanının bundan sonra daha da təkmilləşəcəyinə inanıram və buna ehtiyac var”.

Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirdi ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir:

“Amma 3 il ardıcıl olaraq imtahanların gedişindən narazılıq var. Narazılıqlar əsasən bunlardır:

1.Test tapşırıqlarının düzgün cavablarının yazılandan sonra geri dönəndə dəyişdiyi görünür. Yəni kompüterdə idarəçi tərəfindən cavablara müdaxilə olunur.

2. İmtahanlar kompüterlə yox, kağız üzərində olmalı və iştirakçılara imtahandan sonra sual kitabçası verilməlidir.

3. İmtahandan sonra apellyasiya komissiyası yaradılmalı və şikayətlər dinlənməlidir.
Elm və Təhsil Nazirliyi tərəfindən də təsdiq olunur ki, imtahanların davam etdiyi müddət ərzində minlərlə sualdan istifadə edilib. Həmin suallardan 8 ədədi nöqsanlı olub. Eyni seansda təkrar salınan suallar da nöqsanlı qəbul olunub və bu da müəllimlərin balından silinib.

Ümumilikdə bu prosesi müsbət qiymətləndirirəm. Etiraf etmək lazımdır ki, nazirlik tərəfindən 2014- cü ildən başlayaraq keçirilən MİQ və DQ imtahan nəticələri pedaqoji mühitdə mənəvi, stimulverici məsələləri nizamlayan əsas göstərici oldu. Respublika üzrə müəllimlərin bilik və bacarıq səviyyəsi haqqında son illərdə olduğu kimi heç vaxt dəqiq və ətraflı məlumat əldə olunmamışdı.

Belə deyək ki, hamı hər kəsi tanıdı və heç vaxt da ixtisasını yüksək səviyyədə bilən müəllimlərin sayı indiki qədər çox olmayıb. Bunlar çox ümidverici, tarixi nailiyyətdir. Amma iş olan yerdə nöqsan da olar. Ona görə də nazirlik bu məsələdə diqqətli olmalıdır. Bu tipli məsələləri mütəxəssislərlə müzakirə etmək işin xeyrinə olardı”.

Ekspert deyir ki, növbəti illərdə belə halların baş verməməsi üçün ən azı imtahan proqramının və ədəbiyyat siyahısının olması labüddür:

“Təklif edirəm ki, testlər təkcə qapalı (cavabları variantlarla qeyd olunan) olmasın, eyni zamanda, açıq tipli test tapşırıqlarından da istifadə olunsun ki, savadlı, bilikli və hazırlıqlı namizədlər uğur qazansın. Hansısa bir narazılığa da operativ cavab vermək üçün qərargah olmalıdır və həmin gün hansı fənnin imtahanıdırsa, o ixtisas üzrə test müəllifləri orada əyləşməlidirlər.

Məsəl var ki, dəmir döyülə-döyülə bərkiyər. Hər halda müqəddəs bir iş üçün çəkilən əziyyət halal olar. Ona görə də növbəti ildən hər kəs buraxılış vərəqəsi ilə öncədən məyyənləşmiş yerdə oturub imtahan versə, əlavə söz-söhbət də olmaz”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024