Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (11-10-2014, 17:50)
Avtomobil istehsalçılarının böyük yalanı

Avtomobil şirkətləri yanacaq sərfiyyatını qəsdən aşağı göstərirlər

 

Mühərrikin həcmi kiçildikcə, yalan da böyüyür. 
 
Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, "Emission Analytics"-in alimləri belə bir nəticəyə gəliblər. Sən demə, kiçik mühərrikli avtomobillər bəyan olunduğundan daha çox yanacaq sərf edirlər. 
 
Ekspertlər 500 fərqli avtomobili sınaqdan keçiriblər. Həmin avtomobillərin mühərriklərinin həcmi də fərqli olub. Sınaqlarda həm benzin, həm də dizellə çalışan mühərriklərlə təchiz olunmuş avtomobillərdən istifadə edilib. Hər bir avtomobil ən azı 3 saat yollarda sınanıb. 
 
Məlum olub ki, kiçik mühərrikli avtomobillərin sənədlərində yanacaq sərfiyyatı yalnış göstərilir. Əgər həmin sənədlərə inansaq, mühərrikin həcmi 1 litr olan avtomobillər 100 km yolda 6,09 litr yanacaq sərf etməli idisə, vəziyyət tamam fərqli olub. Yanacaq sərfiyyatı sənədlərdə göstəriləndən 36% çox olub. Yəni 100 km yolda 6,09 yanacaq işlətməli olan avtomobil, əslində, 8,2 yanacaq istifadə edib. 
 
Böyük həcmli mühərriklərdə isə bu fərq kiçilib. Misal üçün, 1-2 litr mühərrik həcmi olan avtomobillərin yanacaq sərfiyyatı sənədlərdə göstəriləndən 21%, 3-5 litr mühərrik həcmi olan avtomobillərdə isə 14-15% çox olub. 5 litrlik mühərriklərdə fərq 1% təşkil edib. 
 

 

Alimlərin yekun rəyinə əsasən, sənədlərdə göstərilənlə real yanacaq sərfiyyatı arasındakı fərq ortalama 18% təşkil edir. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024