Sosial (21-07-2015, 20:06)
Hərbi liseylərə qəbul olunmaq istəyənlərin nəzərinə!
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına və Azərbaycan Respublikasının hərbi liseylərinə qəbul imtahanı iyulun 30-da keçiriləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təmin tədris müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərin nəzərinə çatdırır ki, “İmtahana buraxılış vərəqəsi” iyulun 25-dən Komissiyanın internet saytında yerləşdiriləcək.
TQDK-dan bildiriblər ki, burada imtahanın başlanma vaxtı və yeri, imtahan zalının kodu və digər zəruri məlumatlar əks olunur. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
