Sosial (27-03-2015, 18:43)
Azərbaycanlı fəallar tutuldu
Tiflisdə Saakaşvilinin azərbaycanlı tərəfdarları saxlanılıb
Tiflisdə Gürcüstan Azərbaycanlılarının Tələbə Assosiasiyasının (GATA) sədri Samir İsmayılov saxlanılıb.
ANS PRESS-in Vesti.Az-a istinadla verdiyi məlumata görə, müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Ramin Bayramov Tiflisdə hüquq-mühafizə orqanları Samir İsmayılovu və onun komandasını saxlaması barədə saat təqribən 01.30-da xəbər tutub. Onlar Tiflisin mərkəzi Vake rayonunda tutulub.
S.İsmayılov Gürcüstan azərbaycanlıları hərəkətinin banisidir. Saxlanılanlar arasında onun həyat yoldaşı, həmçinin Elxan Nabiyev, təşkilatın rəhbəri Aslan Məmmədov, iki fəal Azər Ömər və Tamerlan Məmmədov, eləcə də "Azad zona" aktivisti Aqil Mustafayev var.
Maraqlıdır ki, saxlananlara kiməsə zəng etmək və tutulma haqqında məlumat vermək qadağan edilib. Təbii ki, bu, insanın hüquqlarının açıq şəkildə pozulmasıdır. Onları Daxili İşlər Nazirliyinin mərkəzi binasına aparıb, səhərə qədər orada saxlayıblar.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025