Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (26-03-2015, 12:27)
Ukraynada döyüşən azərbaycanlı cəzalandırılacaq

“Ukrayna tərəfinin Azərbaycandan olan könüllülərə heç bir status verməməsi səbəbindən, onları vətənlərində uzun müddətli həbs cəzası gözləyir"

 

Bu sözləri Ukrayna Azərbaycanlıları Konqresi İctimai Birliyinin İdarə Heyətinin sədri Xaqani Hüseynli keçirdiyi mətbuat konfransında bildirib.
 
"Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşmək istəyən minlərlə insan var, lakin vətənlərinə qayıtdıqları zaman problem yaranır. Ukrayna sərhədçilərinə göstəriş verilib, onlar Azərbaycandan olan könüllüləri ölkələrinə deportasiya etmək ixtiyarındadırlar", - deyə X.Hüseynli qeyd edib.
 
"Hazırda Ukrayna anti-terror əməliyyatları zonasında döyüşən könüllülərlə bağlı ciddi problemlə üzləşib. Könüllü batalyonların qanuniləşdirilməsi şübhə doğurmur. Biz hətta elə bir şeylə qarşılaşdıq ki, əməliyyat zonasında həlak olan azərbaycanlıya döyüş əməliyyatlarının iştirakçısı statusu da verilmədi. Axı o öz həyatı bahasına Ukraynanı müdafiə edib", - deyə Hüseynli söyləyib.
 
O, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda ölkə vətəndaşlarının xarici dövlətlərdə döyüşməsini qadağan edən qanun var.
 
"Bizim burada döyüşən uşaqlar evə qayıdarkən 15 il müddətinə həbs cəzası ala bilərlər", - deyə o bildirib və əlavə edib ki, bu vəziyyətdən yeganə çıxış yolu məsələni leqallaşdırmaq və ona status müəyyən etməkdir
шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025