Sosial / Slayd (25-03-2015, 19:31)
4 uşaq anası Müslümovdan kömək istədi - Nazirə müraciət
Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-2, korp-68, ev 151 V ünvanda yaşayan İmanova Səadət Firəddin qızı qafqaznews.az saytı vasitəsilə əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümova müraciət edib. Müraciətdə deyilir:
“Cənab nazir! Mən 4 uşaq anasıyam. Qızlarım İmanova Şəms Zaur qızı ( 1997 ), İmanova Günel Zaur qızı ( 1999 ), oğlanlarım İmanov Yusif Zaur oğlu ( 2001 ) , İmanov Həsən Zaur oğlu ( 2006 ). Özüm orta məktəbdə müəllimə işləyirəm və ayda 130 manat əmək haqqı alıram. Həyat yoldaşım İmanov Zaurdan ayrılmışam və o, hazırda həbsxanadadır, yəni aliment vermək imkanı yoxdur. Ötən il sosial yardım alırdım. Bu il isə Binəqədi Sosial Müdafiə Mərkəzinin əməkdaşı Samir müəllim deyir ki, qızın ali məktəbdə oxuduğuna görə, sizin ailəyə sosial yardım düşmür. Cənab nazir ! Sizdən xahiş edirəm mənim imkansız ailəmə sosial yardım almaq üçün kömək edəsiniz”.