Sosial (3-04-2024, 17:55)
Hacı İbrahimlə bağlı daha bir məhkəmə
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimobun qardaşı, iş adamı Hacı İbrahim Nehrəmlinin ləğv olunmuş "Avesta Construction" şirkəti məhkəməyə verilib.
Qaynarinfo-ya daxil olan məlumata görə, iddiaçı Kərimov Eldar Bahadır oğludur. Onun iddiasına Nizami Rayon Məhkəməsində baxılacaq. İş hakim Rauf Əhmədovun icraatındadır.
"Avesta Construction" MMC 2016-cı ildə "Avesta Konsern" MMC-yə qoşularaq ləğv edilib. Media bu barədə məlumatı Dövlət Vergi Xidmətinə istinadən yayıb.
"Avesta Konserni" MMC 18 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 320 AZN olan şirkətin qanuni təmsilçisi Nadirov Araz Ələsgər oğludur. Şirkətin sahibi isə Hacı İbrahim Nehrəmlidir.
O, həm də "Xəzər adaları" layihəsinin müəllifi kimi tanınır. Hacı İbrahim Nehrəmli bu layihənin icrasını başa çatdıra bilməyib. Daha doğrusu, Beynəlxalq Bankla bağlı kredit qalmaqalından sonra iş adamı layihənin icrasını dayandırıb. Məlumat üçün deyək ki, kredit qalmaqalında Hacı İbrahim Nehrəmli də əsas fiqurantlardan idi.
Bir müddət əvvəl iş adamı Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi general Adil Əliyevlə məhkəmə çəkişməsinə görə gündəmə gəlmişdi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024