Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (12-03-2024, 09:24)
Taleh Bəşirovdan təntənəli ziyafət... - “Daha bizə zaval yoxdur!”

İLGİNC: Taleh Bəşirovdan təntənəli ziyafət...
"Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Taleh Bəşirov bugünlərdə məşhur
restoranların birində təntənli ziyafət verib. Buna səbəb Əmlak Məsələləri Dövlət Xidmətinin
keçmiş rəis müavini Elçin Yusubovla bağlı ölkə başçısının verdiyi Sərəncam olub. Məlum
Sərəncama əsasən Elçin Yusubov Prezidentin Xankəndi, Ağdərə və Xocalı üzrə nümayəndəsi
təyin edilib". Bu barədə dia-az-a göndərilən məqalədə daha sonra qeyd olunur:
"Məhz bu təyinatdan vəcdə gələn Taleh Bəşirov baş verənləri əsl bayram əhval-ruhiyyəsi ilə qeyd
edib, təşkil etiyi ziyafətə bir sıra məmur-oliqarxları, iş adamlarını dəvət edib. Son bir ilə yaxıdır
ki, ölkə mediaısnın hədəfində olan, çoxsaylı qanunsuz əməlləri ilə gündəmə gələn və işdən
qovulmaq, məsuliyyətə cəlb olunmaq təhlükəsi ilə üzləşən Taleh Bəşirov bu təyinatı öz xilası
kimi qiymətləndirib. Taleh Bəşirov təşkil etdiyi ziyafətdə açıq şəkildə bildirib ki, “daha bizə
zaval yoxdur, artıq heç kim bizə heç nə edə bilməz”.
Elçin Yusubovla münasibətlərinin “əladan əla” olduğunu bildirin şöbə müdiri, artıq heç nədən
qorxmadığını bəyan edib".
"Taleh Bəşirovun Elçin Yusubovla bağlı təyinatı özünün xilası kimi dəyərləndirsə də, əslində
mövcud reallıq xeyli dərəcədə fərqlidir" deyən müəllif daha sonra dia-az.info-ya yazır:
"Birincisi, Prezidentin məlum sərəncamı Taleh Bəşirova yox, Elçin Yusubova göstərilən
etimaddır və ikincinin bu etimadı nə dərəcədə doğruldacağını zaman göstərəcək. İkincisi, Taleh
Bəşirovun sabiq rəisinin vəzifəyə getməsi Taleh Bəşirovu etdiyi qanunsuz əməllərin
məsuliyyətindən azad etmir. Üçüncüsü, Taleh Bəşirov Elçin Yusubov tərəfindən himayə
ediləcəyinə inansa da, Elçin Yusubovun bu məsələdə sərgiləyəcəyi mövqe tamam fərqli ola bilər.
Daha doğrusu, şöbə müdirinin nə deməyindən asılı olmayaraq, Elçin Yusubovun indiki həssas
məqamda Taleh Bəşirovun yaratdığı çoxsaylı problemlərə ortaq olacağı inandırıcı görünmür.
Bu, Elçin Yusubova lazım da deyil. Çox güman ki, Taleh Bəşirov bu təyinatdan isyifadə edərək
öz mövqeyinin möhkəmləndiyi yalanına digər məmurları da inandırmaq və onların da dəstəyinə
əldə etməyə çalışır. Elçin Yusubovun adından, Prezidentin ona göstərdiyi etimaddan şəxsi
maraqları üçün istifadə etməyə çalışan Taleh Bəşirov, öz qanunsuz əməllərini bu yolla
pərdələməyə, həmin əməllərin mövqündə dayanmağa çalışır.
Ümumilikdə isə, “daha bizə zaval yoxdur” ifadəsi ilə gələcək qanunsuzluqların anonsunu verən
Taleh Bəşirov bilməlidir ki, Prezident İlham Əliyevin dediyi kimi, bu ölkədə toxunulmaz adam
yoxdur. Rüşvət və korrupsiyaya, qanunsuz əməllərə yol verən bir çox nazirin, icra başçısı və
digər yetkililərin hənbsxanadan keçən yolu buna nümunədir. Ona görə yaxşı olar ki, şöbə müdiri
bu cür ziyafətlər təşkil etmək əvəzinə etdiyi qanunsuzluqları aradan qaldırmaq haqqında
düşünsün. Bəlkə o zaman yaxşı nəyəsə ümid edə bilər".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024