Siyasət (7-12-2020, 12:51)
Rusiya niyə yalnız Ermənistana humanitar yardım edir? - AÇIQLAMA
Artıq günlərdir Rusiya tərəfindən Ermənistana humanitar yardımlar edilir. Proses hələ də davam edir. Bu da bir sıra vətəndaşlarımızın narahatlığına səbəb olub.
"Mediatv.az"a bu mövzu ilə bağlı şikayət daxil olub. Şikayətdə bildirilir:
"Hələ savaşın ən qızğın vaxtında necə olur ki, Rusiya Ermənistana istər tibbi, istərsə də, ərzaq baxımdan neçə dəfə dolu-dolu təyyaralər göndərirdi. Azad olunan ərazilərdə başa düşürəm ki, minaların olması səbəbilə bəlkə yardımın maşın və.s kimi nəqliyyat vasitələri ilə getməsi mümkünsüz ola bilər. Lakin olmaz ki, gündə 1 neçə dəfə sözün əsl mənasında yastığı daş, yorğanı qar olan, başda Murovdakı igidlərimiz olmaqla, Qubadlıda yerdən siqaret tapıb çəkmək, tapqdıqları məhsullarla qidalanmaq məcburiyyətində qalan igidlərimizə təyyarədə yardımlar göndərilməsi təşkil edilsin? Dövlət yetkililərinin bu məsələ ilə ciddi maraqlanmalarını rica edirəm".
Məsələ ilə bağlı açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, sülhməramlı fəaliyyət hansı ərazilərə aid edilibsə, yardım oraya göndərilib:
"Xankəndi, Xocavənd, Əsgəran, Xocalı, Ağdərə yardım üçün nəzərdə tutulan ərazilərdir. Azərbaycan əhalisinin oraya köçürülməsi baş tutarsa, bu, onlara da şamil edilə bilər. Bu normaldır. Lakin Azərbaycanın digər ərazilərinə humanitar yardım qəbul etməklə ölkəmizin qələbə imicini kiçiltmiş olarıq. Amma mən də əsgərlərimizin bəzi ərzaqla bağlı sıxıntılarından da xəbərdaram. Düşünürəm ki, atəşkəsdən sonra bu məsələlər öz həllini tapacaq. Qeyd edim ki, Ordumuza öz əhalimiz, hətta Rusiyada yaşayan azərbaycanlılar da xeyli yardım etdilər. Amma unutmaq olmaz ki, Ordumuzu davamlı olaraq vətəndaşlar qida və digər lazımlı vəsaitlə təmin edə bilməz. İndi bu problemlərin aradan qaldırılması üçün çalışılır".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024