Siyasət (7-10-2020, 15:05)
Erməni deputat xarici muzdluları Qarabağa çağırdı

Mediatv.az xəbər verir ki, işğlaçı ölkənin deputatı Andranik Köçəryan parlamentdə çıxış edərkən müasir silahların qələbənin 50 faizini, peşəkar zabitlərin isə digər 50 faizini təşkil etdiyini bildirib.
“Hamıya bəllidir ki, bizim ordumuzda müasir silahlar çatışmır. Digər tərəfdən, qələbəni təmin edəcək peşəkar zabit çatışmazlığı ilə də üz-üzəyik. Buna səbəb bütün cəbhə boyu müharibə aparmağımızdır”, - o deyib.
Köçəryan buna görə xarici ölkələrdə olan erməni əsilli zabitləri Qarabağa gəlməyə səsləyib.
Andranik Köçəryan təbii ki, Livanda, Suriyada, İraqda döyüşən erməni əslli peşəkar terrorçuları nəzərdə tutur. Artıq bir sıra diplomatik və media mənbələri Ermənistana, işğal altındakı Azərbaycan ərazilərinə bu ölkələrdən terrorçuların gəlməsi ilə bağlı faktları təqdim edib.
Köçəryan pandemiyaya görə Ermənistana gəlməyin çətin olduğunu da yada salıb:
“Ancaq hansısa bir yolunu tapmalıyıq, yoxsa vəziyyət çox pis olacaq”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025