Siyasət (4-10-2020, 15:06)
“Ermənistan bununla üçüncü tərəfi münaqişəyə cəlb etmək istəyir”

Mediatv.az xəbər verir ki, jurnalistin sözlərinə görə, Ermənistanın bu hərəkətləri münaqişəni genişləndirmək və 3-cü tərəfi münaqişəyə cəlb etmək məqsədi daşıyır.
“Paşinyanın taktikası: Bakının Ermənistandakı hədəflərə cavab zərbəsi vurması üçün Azərbaycan şəhərlərini vurmaq və sonra “təcavüz qurbanı” kimi Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının köməyinə müraciət etmək?”,-deyə Korotçenko qeyd edib. O bildirib ki, Rusiya Qarabağ münaqişəsində çox diqqətli və bərabər məsafədə hərəkət etməlidir: “Bizim vəzifəmiz müharibənin siyasi və diplomatik yollarla sona çatmasına kömək etməkdir. Əlbəttə ki, bu, mümkün olar”.
Bundan əlavə, jurnalist qeyd edib: “Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrinin yüksək dəqiqlikli silahlara malik olmadığını nəzərə alaraq, “Azərbaycanın bir sıra şəhərlərindəki hərbi hədəflərə zərbələr” mahiyyət etibarilə dinc sakinlərin ölümü və evlərin dağıdılması ilə nəticələnən zərbələr deməkdir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
25 06 2025