Siyasət (10-08-2020, 16:21)
"Neft-qaz sənayesinə xarici investorların marağı artır" - Prezident

Mediatv.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Dövlət başçısı deyib: “Onu da bildirməliyəm ki, bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünki “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilmişdir. “Şahdəniz” və “Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir. Çünki artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025