Siyasət (2-11-2015, 17:24)
Daha 4 qurumun təkrar seçki TƏLƏBİ
Müsavat Partiyası, “ReAl” Vətəndaş Hərəkatı və “NİDA” Vətəndaş Hərəkatı noyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə bağlı birgə bəyanat yayıblar.
Mediatv.az-ın məlumatına görə, mətndə deyilir:
“Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı, “NİDA” Vətəndaş Hərəkatı
– Siyasi məhbusların azad edilmədiyi;
– Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühitin yaradılmadığı;
– Seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında qaldığı;
– Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilmədiyi;
– İctimai diskussiyaların təşkil edilməsi məqsədi ilə namizədlərə pulsuz efir vaxtının ayrılmadığı;
– Nəticə etibarilə faktiki alternativsizlik şəraitində və repressiya dalğası altında keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edərək;
Azərbaycan hakimiyyətindən 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin ləgv edilməsini, siyasi məhbusların dərhal azadlığa buraxılmasını, seçki qanunvericiliyində zəruri islahatların aparılmasını və 2016-cı ildə təkrar seçkilərin keçirilməsini tələb edir”.
Bu gün KXCP də yeni parlament seçkiləri tələbi ilə bəyanat yayıb. Bəyanatda deyilir:
“KXCP – 01 noyabr 2015-ci il seçkilərinin imza toplama, təbliğat – təşviqat mərhələsində və seçki günü həyata keçirilən kütləvi qanun pozuntuları ilə, hakimiyyətin təyin etdiyi parlamenti qeyri – legitim hesab edir.
KXCP 01 noyabrda keçirilmiş “seçkilər”in nəticələrini tanımaqdan imtina edir.
KXCP 01 noyabr “seçkiləri”nin nəticələrinin ləğv edilməsini və Milli Məclisə yeni seçkilərin keçirilməsini tələb edir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024