Siyasət (28-10-2015, 11:26)
Seçkiləri izləyəcək AŞPA deputatlarının siyahısı
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) geniş tərkibli nümayəndə heyəti Azərbaycanda noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri izləyəcək.
Mediatv.az xəbər verir ki, artıq nümayəndə heyətinə daxil olan deputatların siyahısı təşkilatın rəsmi saytında (fransız və ingilis dillərində) yerləşdirilib. Heyətə Avropa Demokrat və Liberallar Alyansının üzvü Yordi Cukla rəhbərlik edəcək. Nümayəndə heyətində Sosialist qrupu, Avropa Xalq Partiyası qrupu, Avropa Demokrat və Liberallar Alyansı, Avropa Vahid sol qrupu və Avropa Mühafizəkarlar qrupu kimi tanınmış siyasi qüvvələrin nümayəndələri təmsil olunurlar.
Seçkiləri izləməyə gələcək nümayəndə heyətinin tərkibi həm siyasi, həm də vətəndaşlıq mənsubiyyəti baxımından rəngarəngdir. Nümayəndə heyətinin tərkibinə 20 Avropa ölkəsinin vətəndaşları daxildir.
Nümayəndə heyətinin tam tərkibi:
Sədr: Yordi Cukla (İspaniya)
Sosialist qrupu:
Frank Şvab (Almaniya)
Mariya Quzenina (Finlandiya)
Silviya Bone Pero (Andorra)
Marivon Blondin (Fransa)
Stefan Şennak (Avstriya)
Mixael Maknamarra (İslandiya)
Arkadio Diaz Texera (İspaniya)
Atilla Mesterazi (Macarıstan)
Valentina Leskaj (Albaniya)
Ute Fink – Kramer (Almaniya)
Avropa Xalq Partiyası qrupu
Pedro Aqramunt (İspaniya)
Aleksandra Djuroviç (Serbiya)
Cüzeppe Qalati (İtaliya)
Valeri Qileçi (Moldova)
Aleksandr Nikolski (Makedoniya)
Sezar Florin Preda (Rumıniya)
Senad Şepiç (Bosniya və Herseqovina)
Katrin Ştrenz (Almaniya)
Mariya Obradoviç (Serbiya)
Avropa Demokrat və Liberallar Alyansı
Alen Destex (Belçika)
Andrea Riqoni (İtaliya)
Yordi Cukla (İspaniya)
Adel Qambaro (İtaliya)
Avropa Vahid sol qrupu
Oqmundur Conasson (İslandiya)
İohanetta Kavvadiya (Yunanıstan)
Avropa Mühafizəkarlar qrupu
Aleksey Honçarenko (Ukrayna)
Məruzəçilər:
Oqustin Kond (İspaniya)
Tadeuş İvinski (Polşa)
Venesiya Komissiyası
Manuel Qonzalez Oporeza
Alberto Qevara