Siyasət (23-10-2015, 23:10)
ŞANTAJÇI MTN POLKOVNİKİ HƏBS OLUNDU – Azər Mehdiyev bu gün saxlanılıb (Özəl)
Nazir Eldar Mahmudovun ötən şənbə günü tutduğu vəzifəsindən azad olunmasından və nəzarət altına götürülməsindən sonra Milli Təhlükəsizlik Nazirliyində başlaya həbslər davam edir.
AzPolitika.info-ya mötəbər mənbələrdən daxil olan məlumata görə, bu gün MTN-in daha bir yüksək rütbəli zabiti – Antiterror Mərkəzinin əməkdaşı polkovnik Azər Mehdiyev həbs olunub. Azər Mehdiyevi saat 16:00 radələrində Respublika Prokurorluğunda qandallayıblar.
Polkovnik Mehdiyevə qarşı hansı ittihamların irəli sürüldüyünü dəqiqləşdirə bilməmişik.Lakin qeyd edək ki, onun adı bir neçə gün əvvəl MTN-də bu ilin iyul ayında üzləşdiyi şantajla bağlı “AzPolitika”ya danışan sahibkar Maqsud Mahmudovun açıqlamalarında da keçirdi (Bax: «İLQAR ƏLİYEV 250 MİN İSTƏDİ, QADINLA ŞANTAJ ETDİ…» adlı yazıya). M.Mahmudovu MTN-ə çağıran və Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevlə birlikdə şantaja məruz qoyaraq, gecə ilə obyektini satdıran və 120 min manatını əlindən alan məhz bu şəxs olmuşdu.