Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (14-10-2015, 16:34)
Nazir: "Sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir"

 

"Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal və təcavüzü pərdələmək üçün münaqişəyə dini çalarlar verməkdən belə çəkinmir". 

 

Mediatv.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Misir Prezidentinin Misirin BMT Təhlükəsizlik Şurasına namizədliyi məsələləri üzrə xüsusi nümayəndəsi səfir Məhəmməd Əlahəddin Ali Şouki Əl-Hədidinlə görüşündə belə deyib. 
E.Məmmədyarov oktyabrın 14-də Məhəmməd Əlahəddin Ali Şouki Əl-Hədidini qəbul edib. 
O, Misir Prezidenti Əbdülfəttah Əl-Sisinin ən səmimi salamları və xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.
Görüşdə Azərbaycan və Misir arasında ikitərəfli əlaqələrin inkişafının məmnunluq doğurduğu qeyd olunub. İqtisadi-ticarət əlaqələrinin və turizm sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı şəkildə səylərin artırılmasının vacibliyi vurğulanıb.
Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Misir arasında əməkdaşlıq və qarşılıqlı dəstəyin iki ölkə arasındakı ənənəvi dostluğun təcəssümü olduğu bildirilib.
Səfir Məhəmməd Əlahəddin Ali Şouki Əl-Hədidi Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü yerinə seçildiyi təqdirdə, terrorizmə və onun ideoloji aspektlərinə qarşı mübarizənin Misirin əsas prioritetlərindən biri olacağını vurğulanıb. Əl-Əzhərin təcrübəsində Misirin ənənəvi mötədil İslam mədəniyyətinə malik olduğunu bildirib.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ədalətli mövqeyinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu nəzərə çatdırıb.
E.Məmmədyarov Azərbaycanın nümunəvi multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq təcrübəsinin olduğunu qeyd edib. Mötədil İslam mədəniyyətinə malik ölkələr kimi Azərbaycan və Misirin İslamafobiya meyllərinə qarşı mübarizəsinin vacibliyini bildirib.
BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü olduğu dövrdə terrorizmə qarşı mübarizənin Azərbaycanın da prioritetlərindən biri olduğunu deyən E.Məmmədyarov Azərbaycanın terrorizmdən əziyyət çəkən dövlət olduğunu və Ermənistan tərəfindən Azərbaycanın nəqliyyat infrastrukturunda və digər ictimai yerlərdə 30-dan artıq müxtəlif terror aktlarının törədildiyini və minlərlə günahsız insanın bu terror aktlarının qurbanı olduğunu vurğulanıb.
E.Məmmədyarov Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zaman BMT TŞ və İslam Əməkdaşlıq Təşkilatının ilk birgə iclasının keçirilməsinin təşəbbüskarı olduğunu xatırladaraq, bu mexanizmin davam etdirilməsinin əhəmiyyətli olduğunu deyib. 
Nazir BMT Təhlükəsizlik Şurasına seçkilərdə Misirə uğurlar arzu edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024