Siyasət (17-09-2015, 22:14)
Azərbaycan nümayəndə heyəti Həştərxanda - Foto
Xəbər verdiyimiz kimi, sentyabrın 17-18-də Həştərxanda I Xəzər media forumu keçirilir.
“Qafqazinfo” aznews.az-a istinadən xəbər verir ki, forumda beş xəzəryanı ölkə - Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran iştirak edir.
Azərbaycan nümayəndə heyəti forumda 12 nəfərlə təmsil olunur. Heyətin tərkibinə KİV nümayəndələri, AR Prezident Aparatının əməkdaşları, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Rabitə və İnformasiya Texnologiyaları, İqtisadiyyat və Sənaye Nazirliklərinin və Bakı şəhər Nərimanov rayonunun nümayəndələri daxildir.
Nümayəndə heyəti səfərin ilk günündə şəhərlə tanış olublar; Həştərxan Kremli, diyarşünaslıq muzeyinə ziyarət ediblər, həmçinin gəmi ilə Volqada gəziblər.
Azərbaycan nümayəndə heyətinin Həştərxanda keçən ilk günündə ən vacib məqam birgə layihələrin həyata keçirilməsi sahəsində beynəlxalq əməkdaşlıq təcrübəsinə həsr olunan dəyirmi masa olub.