Siyasət (23-07-2015, 10:27)
Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi
Azərbaycanın zorən cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsinə münasibətdə dünyanın mövqeyi ermənilərin xeyrinə olmayan istiqamətdə dəyişir. Xüsusilə, münaqişənin həlli istiqamətindəki yanaşmalar bu problemin Azərbaycanın xeyrinə dəyişəcəyinə köklənir desək, yanılmarıq. Regionda sülhün bərqərar edilməsi, böyük enerji layihələrinin tempinin sürətlə inkişaf etdirilməsi, iqtisadi əməkdaşlıqların daha dinamik hala gətirilməsi ilə bağlı böyük dövlətlərin rəsmilərinin bir-birinin ardınca verdikləri açıqlamalar, bəyanatlar bunu deməyə əsas verir.
Bu günlərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər etdi. Rusiyalı həmkarı Sergey Lavrovla görüşən nazir ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə edib. Xarici işlər nazirinin Moskvaya belə tezliklə qəfil səfər edəcəyi gündəmdə deyildi. E.Məmmədyarov təxminən ay yarım əvvəl - mayın 25-də Moskvada səfərdə olub.
Rusiya xarici işlər naziri S.Lavrov azərbaycanlı həmkarı ilə görüşünün mətbuata açıq hissəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair nikbin fikirlər səsləndirib. Nazir münaqişənin nizamlanması üçün danışıqlar prosesini intensivləşdirməyin vaxtının çatdığını bildirərək Rusiyanın bu prosesə kömək etməyə hazır olduğunu deyib. E.Məmmədyarov isə İranın nüvə proqramına dair danışıqların nəticə verməsinin Qarabağ münaqişəsinin həllinə də ümid yaratdığını deyib.
S.Lavrovun bəyanatı Prezident Putinin Azərbaycan və Ermənistan dövlət başçılarının iştirakı ilə görüşünün təşkilini gündəmə gətirir. Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə bu günlərdə bildirib ki, prezidentlər görüşməyə razıdır və vasitəçilər onların görüşünün təşkili üzərində işləyir.
Azərbaycan Prezidenti İlham Əliyevin Serj Sərkisyanla görüşünün sentyabrda Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə baş tutması gözlənilirdi. Amma görünən odur ki, Nyu-York görüşünü gözləmədən Putin tərəfləri masa arxasına əyləşməyə dəvət edir.
Bu, həm qonşu, həm vasitəçi, həm də böyük dövlət Rusiyanın mövqeyidir. Analoji yanaşmalar ABŞ-ın problemə yanaşmasında da müşahidə edilir.
ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətinin bu günlərdə Azərbaycana səfəri və səfər çərçivəsində keçirilən görüşlər az əvvəl yuxarıda qeyd olunanlarla bağlı bir çox digər ip uclarını da verir. Səfərdə olduğu müddətdə ABŞ rəsmisi A.Hokstayn Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdü. Görüş zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafının perspektivləri müzakirə olundu, ölkələrin enerji sahəsində əməkdaşlığından məmnunluq ifadə olunaraq əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulandı.
ABŞ rəsmiləri mövqelərində regiondakı enerji layihələrinin təhlükəsizliyinə önəm verdiklərini açıqlayırlar. Sözügedən səfərin reallaşması deyilənləri bir daha təsdiq etməklə, Azərbaycanın rol aldığı böyük enerji layihələrinin təhlükəsiz reallaşdırılması məsələsinin Amerikanın maraq dairəsində olması fonunda Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında da istəyini göstərir.
Azərbaycan çox yüksək dinamika ilə bir-birinin ardınca çox ciddi, böyük layihələrə imza atır. Regionda enerji layihələrində lider rolunu oynayan ölkə artıq enerji təhlükəsizliyinin mərkəzində də əsas fiqurlardan birinə çevrilir. Bu prosesdə belə bir mövqe sözsüz ki, sözügedən layihələrdə marağı olan böyük ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Məhz bu vacib səbəblərdəndir ki, Azərbaycan həmin layihələrin mərkəz təmsilçisi olaraq bu məsələlərlə əlaqədar aparılan danışıqlar proseslərində masa arxasında daima öz xüsusi rolunu qoruyub saxlayır. Artıq həm Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunan vasitəçi dövlətlərin rəsmiləri, həm də digər böyük dövlətlərin başçıları Qafqazda sülhə nail olunmasında, böyük iqtisadi enerji layihələrinin təhlükəsiz reallaşmasında maraqlarını gizlətmirlər. Deyilənlərin reallaşması üçünsə Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə həll olunmalıdır. Təbii ki, münaqişənin sülh yolu ilə həlli məsələsinin gündəmə gəlməsi Azərbaycanın haqlı, ədalətli mövqeyini qabardır, önə çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və işğal olunmuş torpaqların azad edilməsi ilə öz həllini tapa bilər.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ramazan Bayramı günlərində səngərdəki əsgərlərimizlə görüşündə bir daha bəyan etdi ki, Azərbaycan əsgəri işğal altındakı torpaqlardan düşməni çıxarmağa hazırdır.
Müasir silah-sursat, maddi-texniki təminata malik Azərbaycan Ordusu bu gün qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirmək qüdrətindədir. Hər gün inkişaf edən Milli Ordumuz düşməndən hər cəhətdən üstündür. Xalqı aclıq, səfalət içərisində yaşayan, iqtisadiyyatı çökmüş Ermənistan iqtisadi baxımdan güclü Azərbaycanla müqayisədə çox zəifdir.
Bunu artıq Ermənistanda da anlayır, başa düşürlər. Yerevandakı "Üçüncü Qüvvə Plyus" qəzetinin baş redaktoru Vahram Ağacanyan Xankəndidəki hakimiyyətin Moskvadan, habelə Yerevandan əraziləri Azərbaycana təhvil vermək üçün hazırlamaq gərəkdiyi barədə birbaşa əmr aldığını yazıb: "Xankəndidəki rejim 6 milyard drama yaxın vəsaiti mənimsəyib. Ermənistanın Mərkəzi Bankı da bununla bağlı araşdırmalara başlayıb, bir neçə yüksək çinli məmur həbs olunub. Dağlıq Qarabağda dolaşan və gündən-günə güclənən, artıq şübhə doğurmayan şayiələrə görə, Xankəndidəki hakimiyyət Moskvadan, habelə Yerevandan birbaşa əmr alıb. Əmrdə göstərilir ki, əraziləri Azərbaycana təhvil vermək üçün hazırlamaq gərəkdir. Bunun üçün Dağlıq Qarabağda gələcəkdə mümkün ola biləcək müqavimət ocaqları indidən zərərsizləşdirilir və köhnə bolşevik metodu ilə yerli sakinlər klassik yoxsulluq, səfalət həddinə çatdırılır. Çünki yoxsul, çörək axtaran insanı siyasət maraqlandırmır. Belə adamı istənilən qərarla razılaşmağa vadar etmək olar. Digər məqsəd isə Ermənistanla Dağlıq Qarabağ arasındakı münasibətlərin pisləşməsidir. Unutmayaq ki, Dağlıq Qarabağı bütünlüklə Ermənistan maliyyələşdirir. Şayiələrin nə dərəcədə həqiqət olduğunu demək çətindir. Axı Serj Sarkisyanın başçılıq etdiyi Ermənistanda problemlərin hətta ən yüngül formada müzakirəsi "arzuolunan" deyil".
Necə deyərlər yol bəlli, yolçular bəlli. Həm də hər kəsin bu məkanda mövcud olduğu yer bəlli. Ermənistan cani-dildən nə qədər çox istəsə də belə, yerlərin dəyişdirilməsi "sevgisi" reallaşmayacaq...
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024