Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (13-04-2015, 20:19)
Cahangir Hacıyevin ölkədən çıxışına qadağa qoyulub - İlginc plan (ÖZƏL)

Təqribən 20 gün əvvəl vəzifəsindən alınan Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev Azərbaycandadır və onun kənara çıxması mümkün də deyil.

Bu sözləri Mediatv.az-a ABB-nin adının çəkilməsini istəməyən əməkdaşı deyib. 
Bildirib ki, istefasından sonra Cahangir Hacıyevin ölkəni tərk edəcəyi gözlənilsə də, bu, mümkün olmayıb. Hətta onun ölkəni tərk etməsinə məhdudiyyət qoyulduğu da bildirilir: 
«Bəli, 54 yaşlı Cahangir Hacıyevin qəfildən, özü də səhhətini bəhanə gətirərək, istefaya yola salınması nə qədər gözlənilməz olsa da, onun sonrakı taleyi də bir o qədər gözlənilməz istiqamətdə cərəyan edir. Bəziləri ona başqa vəzifə veriləcəyi, bəziləri isə onun ölkəni tərk edəcəyini gözləyirdi. Ancaq fakt odur ki, bunların heç biri baş verməyib. Hətta Cahangir müəllimin ölkədən çıxışına  məhdudiyyət qoyulduğu haqda xəbərlər də dolaşır».
Mənbə deyir ki, Cahangir Hacıyevin istefasından sonra ABB-nin bəzi filial rəhbərləri haqda araşdırmalara başlanılıb:
 «Bi aya yaxındır bütün filiallarda, o cümlədən Beynəlxalq Bankın Moskva filialında yoxlamalar gedir.
 Bu yoxlama nəticəsində isə Cahangir Hacıyevin bankın mərkəzi ofisi daxil, filiallarına yerləşdirdiyi ən yaxın adamlarının «vurulma» prosesinin davam edəcəyi də gözlənilir. Bu proses, həm də onu göstərir ki, Cahangir Hacıyevlə bağlı hələ də yekun rəsmi qərar yoxdur. Məncə, bankda aparılan yoxlamaların nəticəsinə uyğun olaraq, Cahangir Hacıyev daha sərt cəzalandırılacaq. Düzdür, yoxlamadan üzüağ çıxacağı halda, onun ölkənin üzdə olan banklarının birinə, daha dəqiqi,  «Bank Technique»yə rəhbər göndərilməsi də müzakirə mövzusudur. Bu baş verərsə, onun ABB-də qalan kadrlarının həmin banka növbəti transferi baş verəcək».

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024