Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Slayd (9-09-2020, 11:40)
Cəlilabaddan şikayət var

 

Cəlilabad rayonu Abışabad kənd sakini Seyfullayev Rəşad Xasay oğlu tərəfindən
Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarına,bir surəti də Mediatv.az-ın redaksiyasına ünvanlanmış sikayətdə deyilir: Hörmətli cənab Prezident. 
Bildirirəm ki, bu ilin aprel ayının sonuna kimi Cəlilabad R. İ. H.B - nin Şiləvəngə kəndi nümayəndəsinin müavini vəzifəsində işləmişəm. İşlədiyim müddətdə vətənimə, dövlətimə, insanlara namusla, vicdanla, şərəflə xidmət etmişəm. Çox təəssüflər olsun ki, bu gün şərəflə, namusla işləyən az saylı məmurlar da ya sıxışdırılır, ya da yerli icra hakimiyyəti tərəfindən min bir bəhanələrlə işindən uzaqlaşdırılır. Çünki mən bunların təyin etdiyi meyarlara uyğun gəlmirəm. Belə ki, Namiq Zeynalov  icra başçısı, Yaşar Vəliyev ərazi idarəetmə və yerli özünü idarəetmə şöbəsinin müdiri vəzifəsinə təyinat alandan mən bir növ " gözümçıxdıya salınmışam".
Sizin vasitənizlə mənə qarşı yaranan bu qərəzin səbəbini öyrənmək istəyirəm. Prezident icra başçılarını, müavinləri, şöbə müdirlərini təyin edir və tapşırıq verir ki, vətənə və xalqa ləyaqətlə xidmət etsinlər. Ancaq bunlar nə edirlər. Təyinat aldıqları posta oturan kimi başlayırlar ağalıq etməyə. Dəfələrlə Rayon İcra Hakimiyyətinin şöbə müdiri Yaşar Vəliyev tərəfindən təzyiqlərə məruz qalmışam. Hər dəfə məndən müxtəlif məbləğlərdə rüşvət tələb edib. İşlədiyimi nəzərə alıb birtəhər kreditdən, borcdan tapıb aparıb vermişəm. Təbii ki, pulu Namiq Zeynalovun adından istəyib. Bildirib ki, bu pul "yuxarılara" çatır. Son zamanlarda dedikləri rüşvəti verə bilmədiyimə görə məni  " qara siyahıya" saldılar və Heydər Əliyev Fondu tərəfindən paylanan ərzaq yardımının bir qutusunu 2012- ci ildə vəfat etmiş Qarabağ müharibəsi veteranının ailəsinə ən əsası isə haqqı çatan kasıb ailəyə bacımın ailəsinə verdiyimə görə məni qərəzli şəkildə işdən çıxardılar. İşimi araşdırmaq üçün rayon prokurorluğuna göndərdilər. İşim araşdırıldı, heç bir cinayət əməli tapılmadı və xitam verildi. Yaşar Vəliyev məni tanıyan adamlara səhv etdiklərini etiraf etsə də nəticədə heç bir dəyişiklik olmamışdır. Dəfələrlə yuxarı orqanlara müraciət etməyimə baxmayaraq  heç bir tədbir görülməyib. Ona görə də mətbuat vasitəsilə müraciət etmək qərarına gəldim. Ümid edirəm ki, səsimi eşidib vəzifəsindən sui-istifadə edən bu məmurları cəzalandıracaq, onların barəsində tədbir görüb heç bir ciddi səbəb olmadan işimdən azad olunduğumu nəzərə alıb işimə bərpa olunmağıma köməklik göstərəcəksiniz. 
    Hörmətlə: Seyfullayev R. X. 
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024