Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-06-2017, 10:31)
Bir neçə dövlət müəssisəsi ləğv olunub

Bir neçə dövlət müəssisəsi ləğv olunub

 

Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindəki “Azelektromaş” Elmi-İstehsalat Birliyinin Elmi-Tədqiqat Elektrotexnika İnstitutu ləğv olunduğunu elan edib.

 

Mediatv.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z. Xəlil küçəsi 11A ünvanına bildirə bilərlər.

Bundan başqa, Azərbaycan prezidentinin “Standartlaşdırma, Metrologiya, akkreditasiya və patent hüquqi obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10.02.2017-ci il tarixli fərmanına əsasən, ləğv edilmiş Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun tabeliyində olan “AzStandartinform” MMC-nin ləğvi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 24 may 2017-ci il tarixində sərəncam qəbul olunub.

Bununla əlaqədar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin 8 iyun 2017-ci il tarixli əmri ilə Ləğvetmə Komissiyası yaradılıb.

“AzStandartinform” tərəfindən krediti və debitor borcları yaranan müəssisə və təşkilatlar elanın dərc olunduğu gündən 60 gün ərzində Ləğvetmə Komissiyasına müraciət edə bilərlər.

Eyni zamanda, adıçəkilən fərmana əsasən, Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun tabeliyində fəaliyyət göstərən “AzSert” MMC ləğv olunub. Bununla əlaqədar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin 8 iyun 2017-ci il tarixli əmri ilə Ləğvetmə Komissiyası yaradılıb. “AzSert” tərəfindən kreditor və debitor borcları yaranan müəssisə və təşkilatlar bu elanın dərc olunduğu gündən 60 gün müddətində Ləğvetmə Komissiyasına müraciət edə bilərlər.

Əlavə olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzinin (AZTEST) ləğv edilməsi barədə 04.05.2017-ci il tarixli sərəncamına və komitə sədrinin 07.06.2017-ci il tarixli əmrinə əsasən, AZTEST ləğv edildiyini elan edib. AZTEST tərəfindən debitor və kreditor borcları yaranan müəssisə və təşkilatlar iyunun 9-dan 15 gün müddətində Ləğvetmə Komissiyasına müraciət edə bilərlər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024