Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (20-06-2017, 13:53)
Beynəlxalq Bank vətəndaşı pulsuz qoyub?

Beynəlxalq Bank vətəndaşı pulsuz qoyub?

 

Bakı şəhər sakini Vəliyeva Gülarə Valeh qızı tərəfindən Femida.az-a müraciət daxil olub.

Vətəndaş müraciətində Beynəlxalq Bank tərəfindən maaş kartından 95 faizdən çox hissənin tutulduğunu bildirib.

“2015-ci ilin yanvarında bankdan kredit götürmüşəm. Aylıq ödənişim 191 manatdır. Bu günə kimi krediti vaxtında ödəmişəm. Bundan əlavə, başqa bir şəxs də həmin bankdan kredit götürüb. Mən də ona zamin oldum.

O, fevral ayından sonra krediti ödəmədiyi üçün bank mənə heç bir xəbərdarlıq etmədən maaş kartımdan məbləği çıxıb. Hazırda pulsuz qalmışam. Əməkhaqqının tamamilə kartdan götürülməsi nə dərəcədə doğrudur? Mənim himayəmdə bir qız övladı və yaşlı anam var”.

Mediatv.az xəbər verir ki, Femida.az məsələnin hüquqi tərəfini də araşdırıb.

Mövzu ilə bağlı açıqlama verən hüquqşünas Məhərrəməli Həmidov bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci bəndinə əsasən, əməkhaqqından müvafiq məbləğlər, bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə, yalnız işçinin yazılı razılığı, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

“Maddənin 6-cı maddəsinə əsasən, işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əməkhaqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əməkhaqqından tutula bilməz”.

Hüquqşünas həmçinin əməkhaqqının neçə faizinin tutula bilər sualına da aydınlıq gətirib:

“Bu Məcəllənin 176-cı maddəsinin 1-ci bəndinə görə, hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.

 

Beynəlxalq Bank vətəndaşı pulsuz qoyub?

Həmin maddənin 2-ci bəndinə görə, əməkhaqqından bir neçə icra sənədinə, əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əməkhaqqının əlli faizi saxlanmalıdır”.

İcra haqqında Azərbaycan Respublikası Qanununun 63.1.3-cü maddəsinə əsasən, tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə, tələbin borclunun əməkhaqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir:

Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz.

Həmin maddənin 65.2-ci maddəsinə görə tələb, bir neçə icra sənədi üzrə borclunun əməkhaqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.

Qanunun 65.3-cü maddəsinə əsasən, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir.

Belə hallarda əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz.

Azərbaycan Beynəlxalq Bankı mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli açıqlamasında məsələnin araşdırıldığını bildirib.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024