Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (27-06-2017, 19:41)
Samir Əliyev: Banklar müştərilər ilə “müharibə” vəziyyətinə düşüb

Samir Əliyev: Banklar müştərilər ilə “müharibə” vəziyyətinə düşüb

 

“2017-ci ildən qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında” qanun tətbiq olunandan sonra ən çox əziyyəti məhz istehlakçılar, xüsusən də bank müştəriləri çəkir, ən çox onların hüquqları pozulur.

Qanunda nağd qaydada əməliyyatlar aparmağın məhdudlaşdırılması kənarda qalıb, pulu nağdlaşdırmaya məhdudiyyətlər və ya qadağa tətbiq edilir.

Bunun əziyyətini sahibkarlar və onlarla “müharibə” vəziyyətinə düşən banklar çəkir”.Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, qanunda olan bəzi hallara aydınlıq gətirmək üçün təcili Konstitusiya Məhkəməsinə müraciət edilməlidir: 

“Qanunun 3.1.1.-ci maddəsində nağdsız hesablaşmanın izahı verilir: 

Nağdsız hesablaşma - bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalardır. 

Yəni, söhbət iki fərqli şəxs, subyekt arasındakı hesablaşmalardan, pul köçürmələrindən gedir, bir şəxsin ayrı-ayrı hesabları arasındakı hesablaşmalardan yox. 

Ancaq fərdi sahibkarın cari hesabından kredit və ya depozit hesabına köçürülən vəsaitdən 1%-lik sadələşmiş vergi tutulur. 

Əvvəla, burada vergitutmanın mahiyyəti təhrif edilir. Çünki vergi əldə edilən gəlirdən tutulmalıdır. Bir hesabdan başqa hesaba köçürülən vəsait isə gəlir deyil, ən yaxşı halda xidmət haqqı obyekti ola bilər. 

İndiki vəziyyət köçürülən vəsaitin ikiqat vergiyə cəlb edilməsi ilə nəticələnir. İkincisi, bankların vergi tutmaq hüququ yoxdur. 

Çünki qanunvericiliyə görə, dövlət vergiləri Vergilər Nazirliyi, yerli vergilər isə bələdiyyələr tərəfindən tutulmalıdır. 

Üçüncüsü, Qanunun məqsədi nağdsız əməliyyatları stimulaşdırmaqdır. Əgər müştəri cari hesabındakı pulu nağdlaşdırmadan, köçürmə yolu ilə kredit və ya depozit hesabına köçürürsə, bu halda həmin vəsaitdən nə üçün vergi tutulmalıdır? 

Cari hesabdan digər şəxsin hesabına pulköçürmə ilə kredit və ya depozit hesabına pulköçürmə arasındakı fərq nədir? Dördüncüsü, burada bank hesablarından pul çıxarılması hadisəsi baş vermir.

Vergi Məcəlləsinin 220.12-ci maddəsinə görə, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Hesablar arasında pul köçürülməsi məhz nağdsız hesablaşmadır.

Əgər məqsəd nağdlaşdırmanı məhdudlaşdırmaqdırsa, bu halda bankomatlar vasitəsilə nağdlaşdırma əməliyyatına Palata komisyon haqqın qaldırılması məsələsinə baxa bilər. Onsuz da kredit kartından pul çıxaranda banklar ən azı 1% xidmət haqqı tutur.

Fərdi sahibkarın hesabına gələn pul niyə məhdudlaşdırılmalıdır? Qanuna istinad edirsə, orada elə müddəa yoxdur. Əgər nağd hesablaşmalarla nağdlaşdırma arasında bərabərlik işarəsi qoyulursa, sabah digər qurumlar da qanunları öz baxışlarına uyğun icra edəcəklər. Axı, pul sahibkarın vəsaitidir və onun üzərində öz istəyinə uyğun sərəncam vermək hüququ var. 

Əsas qadağalar dövlət büdcəsindən gələn vəsaitlərlə bağlıdır. Dövlət büdcəsində özəl mülkiyyətə köçürülən pulu sahibkar, ümumiyyətlə, nağdlaşdıra bilmir. 

Dövlət satınalmalarında şəffaflığın, hesabatlılığın təmin edilməsi, tenderlərin rəqabət şəraitində keçirilməsi vacibdir. Ancaq investisiya pullarının nağlaşdırılaraq dollar şəklində ölkədən çıxarılmasının qarşısını almaq məqsədilə belə qadağadan tətbiqi çıxış yolu deyil. Yenə də sahibkarın qazandığı pul üzərində sərəncam vermək hüququ pozulur.

Bu gün dünyaya nağd əməliyyatlara məhdudiyyətlər mövcuddur. Amma bu məhdudiyyətlər pul çıxartmağa deyil, ödənişlərin nağd qaydada edilməsinədir. Bu gün Palatanın atdığı addımlar nağdsız əməliyyatları stimullaşdırmaq yox, sahibkarın bankdan pul çıxartmasına qadağa tətbiq etməsi kimi qiymətləndirilməlidir. 

Bu addımlar sahibkarlığın inkişafına əngəl yaratmaqla yanaşı, hökumətin sahibkarlığın inkişafı üçün məhdudiyyətləri aradan qaldırmaq tipli bəyanatları ilə ziddiyyət təşkil edir. 

Buna görə də qanunda mövcud olan hallara aydınlıq gətirilməsi üçün təcili olaraq Konstitusiya Məhkəməsinə müraciət edilməlidir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024