Gündəm (5-04-2017, 16:32)
“MDB ölkələri terror hücumları üçün potensial hədəfdir” – Putin
“Demək olar ki, bütün MDB ölkələri terror hücumları üçün potensial hədəfdir”.
Mediatv.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşü zamanı deyib.
“Təəssüf ki, bununla bağlı vəziyyət düzəlmir. Bunun ən yaxşı təsdiqi isə bu günlərdə Sankt-Peterburqda baş verən faciəvi hadisədir. Bu şəhərdə baş verən terror hücumu zamanı insanlar ölüb, yaralananlar var”, – deyə o vurğulayıb.
Rusiya prezidenti qeyd edib ki, MDB ölkələri terrorla yanaşı başqa təhdidlərlə qarşılaşır. Onun sözlərinə görə, bura mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, korrupsiya və xarici qüvvələrin ölkələrin daxili siyasi vəziyyətinə təsiri daxildir.
Qeyd edək ki, görüşdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev də iştirak edib.