Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (5-04-2017, 15:16)
“Cinayət yolu ilə əldə edilən var-dövlət xəbərdarlıqsız dondurulacaq” – Azərbaycanda yeni qanun

Bu gün Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə Komitəsinin iclası keçirilib.

Mediatv.az:   Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, MM sədrinin birinci  müavini, komitə sədri Ziyafət Əsgərov gündəliyə daxil edilən məsələlər barədə məlumat verib.

İclasda “Vətəndaşların müraciətləri haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Təklif edilən dəyişiklik “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilməsi  barədə qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

Layihənin əsas mahiyyəti korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların  verilmə qaydaları və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı normaların müəyyən edilməsidir.

İclasda “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanuna dəyişiklik edilməsi haqqında”  qanun layihəsinə də baxılıb.

Sənədi şərh edən Z. Əsgərov bildirib ki, qanun layihəsinə bəzi texniki düzəlişlərlə yanaşı yeni 7.11-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin icra vəziyyəti  müəyyənləşdiriləcək.

Sonra “Cinayət  yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə edilib.

Birinci vitse-spiker  bildirib ki, müzakirə edilən sənədlər mahiyyət baxımından bir-birinə bənzəyir. Bu sənədə edilən dəyişikliklər də korrupsiya ilə mübarizənin gücləndirilməsi və bu sahədə effektivliyin artırılması məqsədi daşıyır. Başqa sözlə, cinayət yolu ilə əldə edilmiş sərvətin, qeyri-leqal qazanılmış var-dövlətin sahiblərinə xəbərdarlıq edilmədən aktivlərin dondurulması nəzərdə tutulur.

Müzakirələrdən sonra təqdim olunan sənədlərin Milli Məclisin plenar iclasına tövsiyə edilməsinə qərar verilib.

APA

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024