Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (22-02-2017, 15:47)
ABŞ səfiri BMT Təhlükəsizlik Şurasının iclasında Qarabağ problemini qaldırdı

WASHINGTON, DC - FEBRUARY 23: South Carolina Governor Nikki Haley holds a news conference with fellow members of the Republican Governors Association at the U.S. Chamber of Commerce February 23, 2015 in Washington, DC. Republican and Democratic governors met with U.S. President Barack Obama at the White House Monday during the last day of the National Governors Association winter meeting. (Photo by Chip Somodevilla/Getty Images)

 

“Avropada sülh və təhlükəsizliyi təbii hal kimi qəbul etmək bir qədər aldadıcı ola bilər. Avropa güclü, sabit demokratiyalar qitəsidir. Və Avropa sıx əməkdaşlıqdan faydalanan çiçəklənən iqtisadiyyatlar qitəsidir. Lakin Avropa ciddi problemələrlə üzləşir – bu, daha kəskin şəkildə Rusiyanın Ukraynada stabilliyi pozmaq və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etmək cəhdlərində öz əksini tapır”.

Mediatv.az məlumat verir ki, bunu ABŞ-ın Birləşmiş Millətlər Təşkilatınındaki (BMT) səfiri Nikki Haley BMT Təhlükəsizlik Şurasının “Avropada Təhlükəsizlik” sessiyasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, ABŞ Avropada təhlükəsizliyi qorumağa kömək edən təşkilatların tərəfdarıdır. Diplomatın sözlərinə görə, ABŞ NATO-ya  göstərdiyi dəstəkdə qətiyyətsizlik nümayiş etdirmir.

“Biz NATO-nu daha da səmərəli etmək üçün çalışırıq. Üzvlərin arasında əməkdaşlığı gücləndiririk və vəzifələrin ədalətli paylaşmasına nail olmaq məqsədilə, üzv olmaq üçün irəli sürülmüş tələblərə cavab verən yeni müttəfiqlərin üzünə qapıları açırıq.

Bundan başqa, NATO Ukraynanın, Gürcüstanın və Moldovanın müdafiə qabiliyyətini möhkəmlətmək üçün kömək və təlim təqdim edir. Amerika Birləşmiş Ştatları həmçinin, Avropada münaqişələrin həllinə yardım edən ATƏT-ə dəstək göstərir. Hal-hazırda ATƏT şərqi Ukraynada vəziyyəti müşahidə və nəzarət etməkdə, digər uzunsürən münaqiləşələrə diqqət yetirməkdə ən həlledici rolu oynayır. ABŞ NATO üzrə öhdəliklərini yerinə yetirir, ATƏT isə  zaman sınağına davam gətirir. Bu təşkilatlar Atlantik okeanın hər iki tərəfində olan partnyorları ümumi ideyaların müdafiəsində bir araya gətirir.

ABŞ-ın Avropa ilə da tərəfdaşlığı dərin və davamlıdır. Aİ demokratiyaya, insan hüquqları və iqtisadi azadlığa inanan ölkələri birləşdirir və Avropanın daha da çiçəklənməsinə və sülhsevər olmasına nail olur. Amerika Birləşmiş Ştatları həmçinin Avropa İttifaqı ilə əməkdaşlığımızın inkişaf etməsini səbirsizliklə gözləyir. ABŞ bəzən, bir dost kimi, Avropa İttifaqının perspektivləri ilə razılaşmaya bilər, lakin onun vacib tərəfdaşı olmaqda davam edir”-deyə o əlavə edib.

Səfir Rusiyanın Krımı işğal etməsinə də toxunub:

“Üç il əvvəl Ukrayna xalqı siyasi zülmə və korrupsiyaya qarşı çıxaraq küçələrə axın etdi. Bu AvroMaydan etirazçıları azadlıq, demokratiya və qanunlara hörmət tələb edirdilər və onlar yeni Ukrayna yaratmağa müvəffəq oldular. Amerika Birləşmiş Ştatları Ukraynaya dəstək olmağa davam edir.

Lakin Rusiya Ukrayna xalqının tələb etdiyi dəyişikliklərin qarşısını almağa çalışdı. Rusiya Krımı işğal etdi və Ukrayna ərazisinin bu hissəsini öz tərkibinə daxil etməyə cəhd etdi. Amerika Birləşmiş Ştatları bu hərəkəti tanımadı. Rusiya şərqi Ukraynada separatorçu qüvvələri təşkil etdi, silahlandırdı və maliyyə yardımı ilə təmin edərək 10,000-dən çox insanın ölümü ilə nəticələnən dağıdıcı və mənasız münaqişəyə səbəb oldu.   Son həftələrdə Avdeyevka şəhərinindən olan dağıntı mənzərələri Rusiyanın Ukraynaya davam edən müdaxiləsinin nəticələrini nümayiş edir.

ABŞ Rusiya ilə daha yaxşı münasibətlərin mümkünlüyünə inanır. Axı biz bir çox ümumi təhlükələrə qarşı durmuşuq. Lakin Rusiya ilə daha sıx əməkdaşlıq bizim Avropalı dostların və alyansların təhlükəsizliyi hesabına qurula bilməz. Bu səbəbdən Amerika Birləşmiş Ştatları Rusiyanı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə riayət etməyə çağırır.  Bu səbəbdən biz Rusiyanı Minsk razılaşması üzrə öhdəliklərini tam yerinə yetirməklə və Krımın işğalına son qoymaqla sülhə sadiqliyini nümayiş etməyə dəvət edirik.

Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı bu məsələdə yekdil olmaqdadırlar və Moskva Minsk razılaşması üzrə öhdəliklərini tam yerinə yetirməyənə qədər sanksiyalara davam edəcəklər. Rusiya yarımada üzərində nəzarəti Ukraynaya qaytarmayana qədər bizim Krımla bağlı ayrı-ayrı sanksiyalarımız qüvvədə qalmaqdadır.

Avropanın başqa yerlərini də mühüm siyasi və inkişaf məsələləri narahat etməkdədir. Gürcüstanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində təsdiqlənməlidir və hörmətlə yanaşılmalıdır. Bosniya və Herseqovinada xalq hələ də rəhbərlərin etnik bölmələrlə siyasi oyunlara bir son qoymasını və bunun əvəzinə diqqətini korrupsiyanı kökündən kəsməsinə yönəldəcəyini və daha sabit gələcək quracağını gözləyir. Kiprdə rəhbərlər adanın uzun sürən bölünmə probleminin həlli üçün çalışırlar və Birləşmiş Ştatlar bunu tamamilə dəstəkləyir.

Nikki Halley Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın tutduğu mövqedən də söz açıb.

“Dağlıq Qarabağ münaqişəsinə dair Amerika Birləşmiş Ştatları Minsk Qrupunun problemin dinc vasitələrlə davamlı həllinə olan yanaşmasına sadiqdir. Və biz tərəfləri atəşkəsə riayət etməyə, etimadın möhkəmlənməsi üzrə razılaşdırılmış tədbirləri həyata keçirməyə və danışıqları bərpa etməyə çağırırıq.

Moldovaya gəldikdə, Amerika Birləşmiş Ştatları həmçinin Dnestryanı üçün xüsusi status təmin etməklə Moldovanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən Dnestryanı münaqişənin hərtərəfli həllini dəstəkləməyə davam edir. İdarəetməni və qanunun hakimliyini gücləndirmək üçün daha çox tədbirlərə ehtiyac duyan Kosova məsələsində Birləşmiş Ştatlar hesab edir ki, beynəlxalq icmalar Kosovanın müstəqillikdən bəri əldə etdiyi böyük uğurları tanımalıdır. Kosovo qlobal cəmiyyətdə, o cümlədən Birləşmiş Millətlər Təşkilatının tam üzvü olaraq, öz tamhüquqlu yerini tutmağa layiqdir.

Amerika Birləşmiş Ştatları Avropanın sülh və tərəqqi işində ən güclü tərəfdaşı olmağa davam edir. Biz, bizim təhlükəsizliyimizi təmin edən təşkilatların və alyansların yanındayıq. Və Amerika Birləşmiş Ştatları ilə Avropanı birləşdirən dərin bağlar bizə bu gün üzləşdiyimiz problemlərə qarşı durmağa və birlikdə onların öhdəsindən gəlməyə imkan verir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024