Dünya (20-12-2014, 18:51)
Dəyişilməz Praqa
Qoca Koudelkanın şəhəri - dəyişilməz Praqa
Mənim görmək istədiyim şəhərlər sırasında adı ön sırada olanlardan biri Praqa şəhəri olub hər zaman. Məktəbli vaxtlarımdan bu şəhərə olan rəğbətimin kökü Orta Əsrlər dövrü Çexiyada kəndlilərin ağalara qarşı qalxdığı “Qusçular” hərəkatına söykənirdi. Uzun müddət Praqa deyiləndə bu hərəkat yadıma düşərdi.
Sonralar Praqa daha da doğmalaşdı 68-ci il hadisələrinə görə. Sonra “77 – lər Xartiyası” və s. Amma bu müddət ərzində Praqanı mənim üçün daha doğmalaşdıran bir foto səhnə idi, onu bir görən bir daha unutmur: “Wenceslas Square” boşdur. Fotoqrafın qol saatı günortanı göstərir. Küçə boşdur. Uzaqlarda isə möhtəşəm bir bina görünür, sanki bu hadisələrin tək günahkarı oymuş kimi sakit.
Bir çoxları üçün həmin günlərin Praqasından danışan Josef Koudelkanın çəkdiyi bu ölümsüz əsər kifayət edər ki, işini-gücünü atıb bu şəhərə yollansın. Fotodakı 68 ilə göz qabağındakı reallıqlar arasında uçurumu görmək üçün.
İndi sizə fotolarla qoca Koudelkanın şəhərindən danışacağam...
Praqaya ayaq basdıqdan sonra ilk görmək istədiyim yer "Wenceslas Square" idi. Ən qısa zamanda bu küçəni görmək istəyirdim. Artıq axşam "Wenceslas Square" olduğum zaman anarxistlərin anti-Neo-Nasizmə qarşı nümayişi var idi. Bəxtim üzümə gülürdü. Küçədə gənclər pivə içir, rəqs edir, əylənir, arada bir də neo-nasistlər haqqında “xoş” şüarlar deyirdilər.
Hər şey yaxşı idi, amma mən bu küçəni həmişə Koudelkanın fotosundakı kimi görmək istəyirdim. Təəssüf ki, bugünkü "Wenceslas Square" həmin fotodakı deyildi.
Sabahı gün mən Koudelkanın həmin fotonu çəkdiyi yeri tapdım, fikirləşirdim ki, bəlkə də həmin yüksəklikdən baxsam "Wenceslas Square" elə 68-də olduğu kimi görünəcək. Amma yanılırdım. Kodelkanın dayandığı açıq eyvan indi bir brend geyim mağazasıdır, məşhur meydan isə alt paltarları arasında çox kiçik görünür. Deməli doğrudan da 68-dən bəri çox zaman keçib.
***
Praqada Vitava çayı üzərində ucalan “Çarlz” və ya “Karlov körpüsü” Çexiyada turistlər tərəfindən baxılan ən məşhur yerdir. Praqanın qərbi ilə şərqini birləşdirən bu körpünün uzunluğu 516, eni isə 10 metrdir.
1357-ci ildə Kral 4-cü Charlz tərəfindən əsası qoyulmuş bu körpü həmin tarixdən 1841-ci ilə qədər bu çay üzərində və Praqanın qəsrlərlə dolu olan hissəsi ilə köhnə məhəllələri birləşdirən yeganə körpü idi. Körpü strateji əhəmiyyətinə uyğun olaraq hər iki tərəfdən bürclərlə qorunurdu.
Körpünün kənarlarına 1700-cü ildə Barok stilində irili-xırdalı 30-a yaxın heykəl qoyulub. Bu heykəllər isə körpünün cəlbediciliyini artırır. Gündüzlər dolu olan körpüdə küçə sənətkarları öz bacarıqlarını nümayiş etdirir, həm özlərini, həm də insanları əyləndirirlər. Gecə düşəndə isə bu gözəl əsər rəngli buludların altında Orta Əsrlərin səssizliyinə bürünür.
Bu əsrarəngiz körpü və özündən daha böyük əsərləri haqqında istərdim növbəti fotoreportaj zamanı danışım.
Praqa “Çarlz” körpüsü ilə bitmir. Bu şəhərin bir başqa mirası da var bəşəriyyətə: Franz Kafka. Bu da bir başqa anons olsun. Növbəti yazımızda Frans Kafkanın qəsrindən boylanacağıq.
İndi isə gəlin 2013-cü ildə çəkdiyim dəyişilməz Praqanı izləyək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024