Dünya / Slayd (9-10-2016, 14:13)
“İsgəndər” raketi ABŞ-ın kəşfiyyat peykini tutdu – FOTOLAR
ABŞ kəşfiyyatı Rusiyanın Kalininqrad vilayətində “İsgəndər-M” operativ-taktiki raketlərini yerləşdirdiyini müəyyən edib.
Mediatv.az: Virtualaz.org xəbər verir ki, bu barədə Reuters-ə Birləşmiş Ştatların kəşfiyyat cameəsindən bildiriblər. Mənbə raketlərin Kalininqrad vilayətində yerləşdirilməsinin səbəbinin “təhlükə daşımaya biləcəyini” deyib.
Belə ki, Rusiya 2014-cü ildə də hərbi manevrlər çərçivəsində bu raketləri Kalinqradda yerləşdirmişdi. İndi isə ola bilsin ki, “İsgəndər” raketlərinin yerləşdirilməsi NATO-nun hərəkətlərindən narazı qalan Rusiya tərəfindən “güc nümayişidir”. Mənbə belə hesab edir.
Bu məlumatın yayılmasından sonra Rusiya Müdafiə Nazirliyi “İsgəndər-M” raketlərinin Kalinqrad vilayətində yerləşdirildiyini təsdiq edib. Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, komplekslər Kalinqrad vilayətinə “Rusiya silahlı qüvvələrinin döyüş hazırlığı çərçivəsində” yerləşdirilib. Onun sözlərinə görə, hərbçilər raket komplekslərini Kalinqrad vilayətinə aparanda yolüstü ABŞ-ın kəşfiyyat peykinin parametrlərini də dəqiqləşdiriblər. Konaşenkovun sözlərinə görə, “İsgəndər-M” kompleksləri mobildir və onların Kalinqrad vilayətinə aparılması “böyük sirr” təşkil etmirdi.
Konaşenkov ABŞ kəşfiyyatının bu raketlərin Kalinqrad vilayətinə aparılmasını izləyəcəyini əvvəlcədən bildiklərini deyib. Çünki raket qoşunları döyüş hazırlığı planı çərçivəsində ölkə daxilində dəniz, hava və quru yoluyla böyük məsafə qət edir. “Kalinqrad vilayəti də istisna deyil, raket qoşunlarının bu bölmələri əvvəllər də ora yerdəyişmə edib və bundan sonra da edəcək”-Müdafiə Nazirliyinin sözçüsü bildirib.
Konaşenkovun sözlərinə görə, “İsgəndər” komplekslərinin “Ambal” quru yük gəmisi ilə Kalinqrada aparılması məxfi deyildi. “Ancaq daha artığını deyə bilərəm-“İsgəndər”lərdən biri “Ambal”a yüklənməzdən əvvəl həmin istiqamətdən uçan Amerika kəşfiyyat peykinin altında qoyuldu və hərbçilər bunun sayəsində peykin işinin parametrlərini müəyyənləşdirdilər”-Konaşenkov deyib.
“The Observer” nəşri isə yazır ki, “İsgəndər”lərin Kalinqradda yerləşdirilməsi Vaşinqtona və şəxsən prezident Obamaya qarşı çağırışdır. “Bu raketlərin Kalininqradda, Baltik respublikalarından qərbdə yerləşdirilməsi NATO-nun bütün şərq cinahını təhdid edir. Varşava və alyansın bir neçə digər üzvü üçün bu addım Karib böhranının Baltik versiyasıdır”-nəşr yazır. “The Observer” qeyd edir ki, 500 kilometr mənzilli “İsgəndər-M” kompleksləri Polşa və Baltik ölkələrindəki hədəfləri vurmağa imkan verir.
Xatırladaq ki, bu günlərdə Rusiyanın Ermənistana da “İsgəndər” kompleksləri verdiyi üzə çıxıb. Lakin nədənsə Qərb NATO üzvü olan Türkiyə ilə sərhəddə bu raketlərin mövcudluğuna dair heç bir şərh verməyib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024