Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Slayd (24-08-2016, 13:15)
"Türkiyəni diz çökdürə bilməyəcəksiniz" - Ərdoğan

 

 

“Suriya xalqı ölkənin gələcəyi barədə özü qərar verməli və rəhbərliyini seçməlidir. Türkiyə əvvəlki kimi Suriyanın ərazi bütövllüyünü dəstəkləyir”.
Mediatv.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışında deyib. Suriyanın Cerablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün keçirilən əməliyyata münasibət bildirən Ərdoğan bildirib ki, Suriyadan ölkəmizə qarşı hücumlara artıq son qoyulmalıdır:

“Qaziantepdəki son terror hücumu artıq səbr kasamızı daşdırdı. Türkiyəyə hücumlar işi bu nöqtəyə gətirdi. Bəziləri meydan oxuyur ki, Türkiyə Suriyaya daxil olsa, pis olacaq. Sizə nə olacağına baxın! Türkiyəyə qarşı təhdid yaradanın kimliyindən asılı olmayaraq ordumuz, polisimiz onun qarşısındadır. Qaziantepdə 53 vətəndaşımızın şəhid edilməsinin əvəzini ağır ödəyəcəklər. PKK-nı, İŞİD-i üzərimizə salanlar artıq bu oyunun pozulduğunu görməlidirlər. Türkiyəni parçalaya bilməyəcəksiniz, bu ölkəni diz çökdürə bilməyəcəksiniz, bu xalqa boyunduruq vura bilməyəcəksiniz.”

Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşü barədə də danışıb: “Ona deyəcəyəm ki, 1998-ci ildən Fətullahçı Terror Təşkilatının lideri ölkənizdədir. ABŞ və Türkiyə arasında cinayətkarların ekstradisiyası ilə bağlı imzaladığımız müqavilənin 9-cu bəndinə əsasən Fətullah Güləni Türkiyəyə təhvil verməlisiniz. ABŞ-a lazımi sənədləri göndərmişik”.

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024