Dünya (20-02-2015, 11:25)
Türkiyədə çovğun: ölənlər var
Xeyli sayda minik avtomobili və yük maşınları yollarda qalıb
Bir neçə gündür ki, kəskin qarlı hava şəraiti İstanbulda həyatı insanlar üçün çətinləşdirib. Hətta Atatürk Hava Limanında bir çox təyyarə relsləri də təxirə düşüb.
Türkiyədə müşahidə olunan qarlı və şaxtalı hava insan itkisinə səbəb olub. Amasya və Kocaəli vilayətlərində iki nəfər donvurmadan ölüb. İstanbulda hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar ictimai və avia-nəqliyyatın işi iflic olub.
Hava limanlarında 800-dən çox daxili və beynəlxalq aviareys təxirə salınıb. Türkiyənin ən böyük aeroportu olan Atatürk Beynəlxalq Hava Limanı isə sanki bu günlərdə oteli xatırlardır. Türk hava yolları uçuşu təxirə salınan 10 min sərnişini otellərə yerləşdirib. Çoxlu sayda sərnişin isə elə aeroportdaca gecələməli olub.
Gecədən güclənən qar İstanbulda yolların buz bağlanmasına səbəb olub. Bir sıra ərazilərdə qarın hündürlüyü 60 santimetrə çatıb. Səhər saat altıdan yolların təmizlənməsinə cəlb edilən bələdiyyə işçiləri şəhərin mərkəzi küçələrində piyadaların gediş-gəlişini təmin etməyə çalışırlar.
İstanbulun iri magistral yollarında isə xeyli sayda minik avtomobili və yük maşınları yollarda qalıb.
Bursa-İzmir yolunun bağlanması səbəbindən yaranan avtomobil zənciri 10 kilometrə qədər uzanıb. Sürücülər şaxtalı havada saatlarla yolların açılmasını gözləməli olublar. Son iki gündə azı 100 avtomobil qəza törədib.(Ans Tv)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024