Dünya (7-02-2015, 11:15)
Moskvada ukraynalı tələbənin qətli kameralara düşdü – VİDEO
“Oğlan qızı müdafiə edirdi”.
Moskvanın şərqində gecə naməlum şəxslər qızı müdafiə edən Bauman adına universitetin dördüncü kurs tələbəsini qətlə yetiriblər, "Mediatv.az" Lifenews-a istinadən xəbər verir.
Mənbənin verdiyi məlumata görə, İzmayılov prospektində Bauman universitetinin yataqxanasının yaxınlığında gənc oğlan, oxuduğu ali məktəbin tələbəsi olan qıza üç naməlum şəxsin sataşdığını görüb.
“Oğlan qızı müdafiə edib, bundan sonra cinayətkarlar ona hücum edərək döyüblər və bıçaqla zərbələr endiriblər. O, aldığı yaralardan hadisə yerində keçinib”, - həmsöhbət bildirib.
Tələbənin qətlinə dair cinayət işi açılıb.
LifeNews dəqiqləşdirib ki, həlak olan şəxs əslən Ukraynanın Çerkass şəhərindəndir. Sergey Kostyüçenko Moskvaya bir neçə il bundan öncə, Bauman universitetinə daxil olduqdan sonra köçüb.
Jurnalistlərin qeyd etdiyi kimi, gənc oğlan qızı özünə gətirmək üçün üzünə yüngülcə vurub, bu zaman naməlum şəxs arxadan yaxınlaşaraq ona bıçaqla - boynuna və qarnına - zərbə vurub. Oğlan aldığı yaralardan keçinib, cinayətkar isə hadisə yerindən qaçıb.