Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (22-05-2023, 12:43)
Litvanın baş naziri: Qərblə Rusiya arasındakı münasibətlər yeni soyuq müharibənin başlanğıcına bənzəyir

 





Mediatv.az  news.liga.net-ə istinadən məlumat verir ki, Litvanın baş naziri İnqrida Şimonite hesab edir ki, Qərb ölkələri ilə Rusiya arasında münasibətlərdə yeni soyuq müharibə başlayıb.
Latviyanın rus.lsm.lv xəbər xidməti Latviya televiziyasına istinadən yazır ki, Tallində keçirilən görüşdə Şimonite Latviya və Estoniyadan olan həmkarları ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib.
"Müzakirə etdiyimiz şeylər əsasən eynidir, çünki bizim eyni narahatlıqlarımız var. Bu, bizim regional təhlükəsizliyimizdir və bunu tərəfdaşlarımızla birlikdə gücləndirmək istəyirik. Bunlar bizim birlikdə həyata keçirdiyimiz müxtəlif layihələrdir. Təbii ki, bundan sonra Ukrayna ilə bağlı müzakirə olunan məsələlər həmişə oxşardır, lakin vəziyyət dinamikdir və hər zaman yeni nəsə olur”, - deyə, Şimonite bildirib.
O qeyd edib ki, Rusiya Federasiyasının yeni hərbi doktrinası NATO-nun şərq sərhədi yaxınlığında iri hərbi birləşmələrin yerləşdirilməsini nəzərdə tutur və bu mövqe SSRİ-nin Soyuq Müharibə illərində sadiq qaldığı mövqeyə çox bənzəyir.
"Yeganə fərq odur ki, biz XX əsrin II yarısından fərqli olaraq Dəmir Pərdənin o biri tərəfindəyik. Bu, hekayənin müsbət hissəsidir. Amma hələ ki, Kremlin mövqeyi kifayət qədər təhdiddir", - Litvanın baş naziri naziri belə deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynada böyük itkilər verib, lakin Rusiyanın özünə gəlməsinə icazə verilsə, o, sağalacaq, yenidən toplanacaq və yenidən qonşularını təhdid etməyə başlayacaq.
Latviya televiziyasının bunun “Qərblə Rusiya arasında münasibətlərin yeni soyuq müharibə mərhələsinə qədəm qoyması deməkdirmi” -  sualına, Şimonite belə cavab verib:
"Təəssüf ki, belə görünür".шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024