“Rusiya qoşunları ermənilərin Qarabağda aktiv şəkildə fəaliyyətinə yaşıl işıq yandıra bilər. Nəticədə biz çətin vəziyyətlə üzləşə bilərik”.
Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Moskvanın Qarabağla bağlı indiki mövqeyini PİA.az-a şərh edərkən qeyd edib.
Dünən preziden İlham Əliyev xalqa müraciətində qeyd etdii ki, Qarabağda ermənilərə heç bir status verilməyəcək. Prezident tam əminliklə vurğuladı kii, o nəqərki Azərbaycan prezidentidir, ermənilər Qaravağda heç bir statusa sahib olmayacaqlar: “İmzalanan bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəmlə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək onu dəqiq, böyük diqqətlə oxuyacaq və görəcək ki, biz nə qədər böyük siyasi qələbə qazanmışıq. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır”.
Bəs qondarma qurum özünü buraxacaqmı və yaxud Rusiya Araik Arutunyanı Xankəndindən qovacaqmı? Bu baş verməsə, o zaman prosseslər necə inkişaf edə bilər? Həmçinin Moskvanın indiki mövqeyi sülhməramlı missitasını həyata keçirdiyi bütün zaman ərzində dəyişməz olaraq qalacaqmı?
Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.
Moskvanın indiki şəraitdə mövqeyini axıra kimi qoruyacağını düşünməyən politoloq PİA.az-a açıqlamasında bildirib ki, Rusiya Qarabağda yenidən konkret olaraq erməniləri müdafiə edə və onların təşkilatlanmasına şərait yarada bilər. Ona görə də çevik addımlar atılmalı və Ankara -Bakı Rusiyanın bu siyasətinin qarşısını almalıdır:
“Ermənistan tərəfi artıq məğlub olub, muharibəni uduzub. Əsas məsələ təqvimə uyğun olaraq üç rayonun qaytarılmasıdır. Rusiya sülhməramlıları artıq Qarbağdadır. Bu tezliklə olmamalı idi. Çünki rus sülhməramlılarının Qarabağda olması ilk növbədə bizim müəyyən əməliyyatlarımızın qarşını alır.
Ermənistan görək şərtlərə əməl edəcəkmi? Bu neçə gün ərzində Kəlbəcərin boşaldılması ilə ortaya çıxacaq. Düşünürəm ki, Ermənistanda siyasi vəziyyət böhrana doğru gedərsə və Paşinyan devrilərsə, şərtlərə əməl edilməyə bilər. Bundan əlavə Qarabağdakı rejim öz mövcudluğunu qoruya bilər. Bunun qarşısı alınmalıdır. Rusiya qoşunları ermənilərin burada aktiv şəkildə fəaliyyətinə yaşıl işıq yandıra bilər. Nəticədə biz çətin vəziyyətlə üzləşə bilərik. Ortada razılaşma və bəyannamə var. Təbii ki, Azərbaycan-Türkiyə tandemi bu proseslərdə mövqeyini qorumaq üçün çevik addımlar atmalıdır. İlk növbədə Dağlıq Qarabağdakı qanunsuz rejim ləğv olunmalıdır..
Mən düşünürəm ki, qondarma qurumun özünü buraxaması Rusiyadan asılı olacaq. Rusiya sülhməramlı qüvvələri artıq ordadır. Azərbaycan bunu Rusiya ilə müzakirə etməlidir. Moskvanın indiki şəraitdə Araik Arutunyanln rejimini axıra kimi qoruyacağını düşünmürəm. Lakin Rusiya burada konkret olaraq erməniləri müdafiə edib və təşkilatlanmasına şərait yarada bilər. Ona görə də çevik olmalı və Ankara və Bakı Rusiyanın bu siyasətinin qarşısını almalıdır.
Ümumiyyətlə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi reallaşmamalı idi. Bu Türkiyə qoşunları ilə paralel aparılmalı idi”.
Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024