Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (4-08-2021, 16:15)
Qəbirləri açılan Şəhidlər Xiyabanından REPORTAJ - VİDEO

Qəbirləri açılan Şəhidlər Xiyabanından REPORTAJ
Xəbər verildiyi kimi, Şəhidlər Xiyabanında naməlum məzarların açılmasına başlanılıb.

Açılan naməlum qəbrlər 1992-1993-cü illərdə I Qarabağ müharibəsində şəhid olan, kimliyi müəyyən edilməyən insanların cənazələridir. Məqsəd onların sahiblərinin müəyyənləşdirilməsidir.

Şəhidlər Xiyabanındayıq...

Qəbirlərin açılması işləri ilə yaxından tanış olmaq üçün Şəhidlər Xiyabanına yollandıq. Xalqın azadlığı pasportu adlanan bu müqəddəs ocaq da qızmar günəş kimi səssizliyə bürünüb. Xiyabanda bir iki nəfərdən başqa heç kim görünmür. Təmir səsi gələn tərəfə yollanırıq. Səsin haradan gəldiyini müəyyənləşdirməyə çalışarkən, I Qarabağ savaşında şəhid olan, kimliyi məlum olmayanların dəfn edildiyi cərgəyə boylanırıq. Bəli, bu sırada artıq 16 nəfərin məzarları açılıb.

Onları da oxşayanlar olacaq...

1992-ci ildə şəhid olan nakam naməlumların ruhları da bizim kimi sevinclidir. Axı Vətən və xalq uğrunda canlarını fəda vermiş bu müqəddəslər yaxın günlərdə gün üzünə çıxacaqlar.

30 ildir ki, ruhlarının rahatlaşacağı bu tarixi gözləyirlər. Məzar başlarında ağlayacaq doğmalarını görəcəklər, onların nəfəslərini duyacaqlar. Qara daşlarına şəkilləri həkk olunacaq. Saçları ağappaq ana və bacılarının göz yaşlarına bürünəcəklər. Nəhayət ki, onları da oxşayanlar olacaq...

20-yə yaxın şəhid məzarı açılıb

İstidən hərəkət etmək çətinləşir. İrəllədikcə səsə yaxınlaşırıq. İş gedir... Bu dəfə Xiyabanın yuxarı hissəsində dəfn edilmiş naməlum şəhid qəbirləri açılır. Danışdırmaq istəyirik. Səbail Rayon İcra Hakimiyyətinin qərarı ilə bir neçə gündür ki, söküntü işlərinə başladıqlarını dilə gətirən fəhlələr məlumat verməkdən çəkinirlər. Sadəcə sözügedən icra strukturunun tapşırıqlarını yerinə yetirdiklərini deməklə kifayətlənirlər.

Həm Birinci, həm də İkinci Şəhidlər Xiyabanında təxminən 20-yə yaxın şəhid məzarı artıq açılıb. İşlərin yekunlaşmasına isə az qalıb.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı eksqumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.

Hərbi Prokurorluğun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər Xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər Xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (eksqumasiyaya) dair 03 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə eksqumasiya keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib. Hazırda zəruri tədbirlər həyata keçirilir.

Bizim.Media


шаблоны для dle 11.2

Xəbər lenti
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024