Komitədən Mediatv.az-a bildirilib ki, araşdırmalar zamanı ailədə 12 yaşlı qızın valideynləri ilə münasibətlərində problemlərin olması müəyyən edilib və bu səbəbdən də S.L və  ailəsi  Komitənin tövsiyəsi əsasında Nizami rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan psixoloji reabilitasiyaya cəlb olunmuşdu.

Bu gün Dövlət Komitəsi və rayon İcra Hakimiyyətinin nümayəndələri ailə ilə yenidən görüş keçirib və nəticədə S.L-in doğmaları ilə bir yerdə yaşaması üçün hər hansı bir problemin mövcud olmadığı nəzərə alınaraq o, ailəsinə təhvil verilib.

Məsələ müvafiq orqanlar tərəfindən nəzarətdə saxlanılır.