Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (13-11-2018, 19:45)
Vəzifəli şəxs 14 yaşlı oğlunun maşınla adam vurmasından DANIŞDI: – “Nənəsi deyib ki…”


Şabran rayonu Uzunboyad kəndində 14 yaşlı oğlanın maşınla vurub xəsarət yetirdiyi 2005-ci il təvəllüdlü Səkinə İsmayılova evə buraxılıb.

Hadisəni törədən Tofiq Muradovun atası, Uzunboyad kənd bələdiyyəsinin sədri Rafiq Muradov Publika.az-a bildirib ki, S.İsmayılovanın həyatı üçün təhlükə yoxdur və ayağına gips qoyulandan sonra o, ambulator müalicəyə yazılıb. Bələdiyyə sədri əlavə edib ki, hadisə vaxtı o, kənddə deyil, Xaçmazda olub: “Mən Xaçmazda idim, zəng edib dedilər ki, uşaq maşınla sinif yoldaşını vurub. Çox şükür ki, ağır xəsarət almayıb. Hadisə uşaq məktəbdən evə gələndən sonra baş verib. Nənəsi Tofiqə maşının açarını verib. Deyib ki, təzyiqim var, get tibb bacısını gətir, iynə vursun. Uşaq da evdən təxminən 500 metr aralanandan sonra bu hadisəni törədib. Heç kim istəməzdi ki, belə bir hadisə olsun”.

Qeyd edək ki, hadisəni törədən məktəbli yaş həddi və xəsarətin yüngüllüyü ilə əlaqədar polis tərəfindən sərbəst buraxılıb.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024