Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (29-04-2014, 17:35)
Ziya Məmmədovun kurasiyasındakı rayonlarda yoxlamalar başladı

 

Nəqliyyat naziri Ziya Məmmədovun kurasiyasında olan rayonlarda yoxlamalar başlanıb.

Avropa.info-nun əldə etdiyi məlumata görə, ilkin olaraq yoxlamalar Ziya Məmmədovun əmisi oğlu Mənsur Məmmədovun icra başçısı olduğu Göyçay rayonunda başlayıb. Qeyd edək ki, öncəki illərdə Ucar rayonunu post idarəsinin müdiri, Zərdab rayonununun icra başçısı vəzəfələrində çalışmış və hazırda Göyçay rayonunun icra başçısı olan Mənsur Məmmədovun fəaliyyətindən ciddi narazılıqlar var.
Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə Ziya Məmmədovun daha bir əmisi oğlu Yaşar Məmmədovun icra başçısı olduğu Ucar rayonunda da yoxlamalar aparılacağı gözlənilir.
Qeyd edək ki, mətbuatda nəqliyyat naziri Ziya Məmmədovun “vurulması” prosesinin getdiyi haqda məlumatlar yayılıb. Oliqarx nazirin  inhisarında olan  maliyyə  mənbələrinin zərəsizləşdirilməsi haqda  məlumatlar  informasiyalar daxil olmaqdadır. Elə rəsmi şəkildə verilən qərarlar da , Ziya Məmmədovun  sıradan çıxarıldığını deməyə əsas verir. Belə ki, Nazirlər Kabinetinin 14 aprel 2014-cü il qərarı ilə  paytaxt  Bakıda sərnişindaşıma  Nəqliyyat Nazirliyindən alınaraq ,  Bakı Şəhər İcra Hakimiyyətinə verildi. Bununla da Ziya Məmmədovun  çox önəmli  maliyyə qaynaqlarından biri əlindən alındı. Bundan başqa, bir müddət öncə,  Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verilmişdi.
Eyni zamanda , Ziya Məmmədovun əsas biznes şəriki  ”Hafka” ləqəbli  Hafiz Məmmədovla da , problemləri pik həddə çatıb.  Hafiz  Məmmədov   uzun müddətdir ki, Ziya Məmmədovla  biznes tərəfdaşlığına son vermək istəyir. Artıq bir çox sahələrdə onların biznes şərikliyinə son qoyulub. Bir müddət öncə, iflasa uğrayan, Ziya Məmmədova məxsus  ”Bank of Azərbaycan” bankında onların  biznes şərikliyinə son verildi. Belə ki, Hafiz Məmmədov  dövr edən pullarını , bankdan çıxarmaqla “Bank of Azərbaycan”ın  iflasına səbəbkar oldu. “Transqeyt” şirkətində də, təsisçi Hafiz Məmmədov olsa da, icraçı direktor Ziya Məmmədovun oğlu Anar Məmmədov idi. Nazirlər Kabinetinin son qərarı ilə  bu şirkətin də artıq iflasa uğradığını demək olar.
Bundan başqa , Ziya Məmmədovun  qardaşı, deputat  Elton  Məmmədovun  oğlu  Aynar Məmmədovun  avtoş-şoularını əks etdirən video görüntülər  və fotolar saytlarda  yayıldı. Məlum oldu ki, prezident İlham Əliyevin “qudurğan məmur balalarına” barmaq silkələməsinə baxmayaraq , Ziya Məmmədovun  yaxınları  dəyəri 1000 min manatlarla ölçülən bahalı avtomobillərlə Bakı küçələrində şou göstərirlər.
Bütün bunlardan sonra, Ziya Məmmədovun “vurulacağını” ehtimal etmək olardı. Siyasi müşahidəçilərin fikirincə, Ziya Məmmədovun bütün iri maliyyə rıçaqlarının əlindən alınacağını və sonda ya sakitcə yola salınacağını, ya da  səlahiyyətsiz halda vəzifədə saxlanılacağı ehtimal edilir.

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024