Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (7-11-2014, 17:36)
Arzu Səmədbəyli də Müsavatdan getdi

Müsavat Məclisin sabiq sədri hazırda istirahətdədir

 

 
Müsavat Partiyası Divanının sabiq üzvü, Milli Məclisin keçmiş deputatı Nəsib Nəsiblinin Müsavat Partiyasını tərk etməsinin ardınca partiyada istefaların sayı sürətlə artıb.
Müsavat Partiyasındakı məlumatlı mənbələrdən Editor.az-a daxil olan xəbərdə deyilir ki, dünən axşam saatlarında Müsavat Partiyası Məclisinin sabiq sədri, Milli Məclisin keçmiş deputatı Arzu Səmədbəyli də partiya sıralarından istefa verib.
O, bununla bağlı qərarını Müsavatın sabiq başqanı İsa Qəmbərə bildirib. İsa Qəmbər təkidlə Arzu Səmədbəylidən partiyada qalmağı xahiş etsə də, o qərarında qəti olduğunu deyib. Davamlı israrlarının nəticə vermədiyini görən sabiq başqan Arzu Səmədbəylidən heç olmasa indiki məqamda bunu ictimailəşdirməməyi xahiş edib. Yekunda bununla bağlı razılıq əldə olunsa da, Arzu Səmədbəyli açıq şəkildə deyib ki, ilin sonunda o, bununla bağlı qərarını ictimaiyyətə elan edəcək. Hazırda isə Müsavat Məclisinin sabiq sədrinin istirahət etdiyi söylənilir.
Xatırladaq ki, istefalar Tofiq Hüseynli, Nəsib Nəsibli və Arzu Səmədbəyli ilə yekunlaşmayıb. Yaxın günlərdə Hikmət Hacızadə, Səxavət Əlisoy, Adil Qeybulla və digər onlarla tanınmış müsavatçının da partiyanı tərk edəcəyi gözlənilir.
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024