Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-01-2019, 14:30)
Sahibə Qafarova: Qarabağ məsələsində güzəşt olmayacaq

 Ermənistan-Azərbaycan münaqişəsinin həllində ölkəmizin qətiyyətli və prinsipial mövqeyi davam edir. Qarabağ, torpaq məsələsində güzəşt ola bilməz, olmayıb və olmayacaq. Bunu dövlət başçımız dəfələrlə bəyan edib. Azərbaycanın bu məsələdəki mövqeyi məhz beynəlxalq hüququn tələblərinə söykənir, onlardan irəli gəlir.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki bunu  açıqlamasında Azərbaycanın “Avronest” Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova deyib.
O qeyd edib ki, Qarabağ münaqişəsinin yalnız bir həlli yolu var.
“İşğal olunmuş torpaqlarımız azad edilməli, işğal faktı aradan qaldırılmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.
Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Prezident İlham Əliyev də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bir daha vurğuladı ki, Ermənistan-Azərbaycan  münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır”, - deyən S.Qafarova Qarabağ məsələsinin hər zaman Azərbaycanın “Avronest” PA-dakı və AŞPA-dakı nümayəndə heyətləri tərəfindən diqqətdə, gündəmdə saxlanıldığını və bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyini sözlərinə əlavə edib.
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024