Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (23-10-2018, 15:30)
Azərbaycan tezliklə Xəzərlə bağlı sazişin ratifikasiyasına ümid edir

Azərbaycan tezliklə Xəzərlə bağlı sazişin ratifikasiyasına ümid edir

 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti” agentliyinə müsahibəsində Azərbaycan iqtisadiyyatının Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyadan qazanacağı dividendlərdən və sazişin ratifikasiyasının vaxtının planlaşdırılmasından danışıb. 

Mediatv.az  xəbər verir ki, əvvəlcə nazir bu konvensiyanın imzalanmasını “tarixi hadisə” adlandırıb.

“Bu sənədin ölkəmiz üçün əsas mənası ondan ibarətdir ki, o, dənizin zəngin təbii qaynaqlarından istifadə etmək üçün sahilyanı dövlətlərin suveren və müstəsna hüquqlarını müəyyənləşdirir.

Beləliklə, Konvensiya neft-qaz sənayesində müxtəlif layihələrin, eləcə də, dənizdəki digər iqtisadi fəaliyyətlərin icrasının davamlılığını və təhlükəsizliyini təmin edir”, - Məmmədyarov deyib.

Bundan başqa, nazir əlavə edib ki, Konvensiya sahilyanı dövlətlərin suverenliyinə və müstəsna hüquqlarına tabe ərazi suları və balıqçılıq zonalarını müəyyən edir. Bununla Xəzər dənizində ticarətin və ölkələrimizin iqtisadiyyatının inkişafı baxımından müstəsna rol oynayan naviqasiya azadlığını və təhlükəsizliyi təmin edilir

Sazişin ratifikasiya məsələsinə toxunan Azərbaycan XİN rəhbəri razılaşmanı imzalayan ölkələrin bu proseduru yaxın vaxtlarda yerinə yetirəcəyinə ümid etdiyini deyib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024