Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (2-07-2018, 19:00)
Savelyev: "Ermənistan beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı qərarlarını, nəhayət, yerinə yetirməlidir"

Savelyev: "Ermənistan beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı qərarlarını, nəhayət, yerinə yetirməlidir"

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası, Avropa Şurası və Avropa Parlamentinin qərarları nəhayət həyata keçirilməlidir.

Mediatv.az  xəbər verir ki, bunu Trend-ə Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilmiş "Azərbaycan - Rusiyanın Cənubi Qafqazdakı yeganə müttəfiqi" konfransının yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin qərarlarının reallaşdırılması üzrə səylərin intensivləşdirilməsi zəruri xarakter alıb:

"Müasir siyasi qeyri-sabitlik şəraitində həm Rusiya üçün, həm də Azərbaycan üçün ölkələr arasında əlaqələrin genişləndiriməsi və möhkəmləndirilməsi zərurətə çevrilib, çünki bizim dövlətlərimiz birlikdə Cənubi Qafqazda sülh və sabitliyi təmin etməyə qadirdir. Bu gün bütün regionda qeyri-sabitlik təhlükəsi yayan Ermənistanda baş vermiş hadisələr xüsusi aktuallıq kəsb edir".

D.Savelyev vurğulayıb ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşı və bilavasitə qonşusudur, həmçinin Cənubi Qafqazın böyük və iqtisadi inkişaf etmiş dövlətidir.

Dövlət Dumasının rəsmisi əlavə edib ki, ATƏT-in Minsk qrupunda məhz Rusiya Qarabağ problemini sülh yolu ilə həll etməyə səy göstərir, amma eyni zamanda Minsk qrupunun digər üzvlərinin fəallığı təəsüf ki, kifayət qədər deyil:

"Beynəlxalq ictimaiyyət fəaliyyət göstərmədikcə Azərbaycan özü müəyyən addımlar atmaq məcburiyyətindədir. Biz hamımız 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndinin və onun ətrafındakı strateji yüksəkliklərin işğaldan azad edildiyinin şahidi olduq".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024