Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (14-04-2018, 20:20)
MBD PA müşahidə missiyası: İnsanlar sözə deyil, əmələ güvənir

MBD PA müşahidə missiyası: İnsanlar sözə deyil, əmələ güvənir

 

MDB Parlament Assambleyası müşahidə missiyasının rəhbəri, Rusiyanın Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanovun başçılığı ilə nümayəndə heyəti Azərbaycan prezident seçkilərində səsvermə prosesini izləməyə başlayıb.

Mediatv.az-ın məlumatına görə, 29 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermənin başlanmasını müşahidə edən İ. Umaxanov Azərbaycan xalqını vacib siyasi hadisə, ölkə prezidentinin seçilməsi ilə bağlı təbrik edib.

“MDB PA-dan olan beynəlxalq müşahidəçilər kimi seçki komissiyasının çox dəqiq və sistemli işini görürük.

Mən prezident seçkilərini artıq dördüncü dəfədir müşahidə edirəm. Həm təşkilatçılıq, həm də əhval-ruhiyyə günü-gündən yaxşılaşır, həmçinin ölkə qanunvericiliyi, xüsusilə seçki qanunvericiliyi mükəmməlləşir.

Açıq, daha demokratik, cəmiyyətin bütün təbəqələrinin ümumi maraqlarına, o cümlədən müxalifətin maraqlarına xidmət etmək istiqamətində yaxşılaşır.

İnsanlar seçkilərə yaxşı əhval-ruhiyyə ilə gəlir.

Qafqazda qəbul olunub ki, insanlar sözə deyil, əmələ güvənirlər.

İnsanlar səsverməyə xoş əhval-ruhiyyə, gələcəyə inamla, ölkələrini stabil, çiçəklənən, sülh şəraitində görmək ümidi ilə gəlirlər.

Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək”, - deyə o vurğulayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024