Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (28-05-2014, 08:12)
Azərbaycan Xalq Cümhuriyyəti dünyanın gözü ilə

Azərbaycan Xalq Cümhuriyyəti dünyanın gözü ilə

 

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 98-ci ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən səfirliklərimizdə təntənəli tədbirlər düzənlənib. Azərbaycan diplomatları təmsil olunduqları ölkələrdə xalqımızın keçmişi və bu günü, onun qurub-yaratdığı əsər olan, İslam şərqində ilk demokratik cümhuriyyət barəsində məlumat verib, Azərbaycanın dünyada qadınlara seçmək hüququ verən ilk cümhuriyyət olmasından qürurla danışıblar. Bu ölkələrdən bir neçəsində keçirilmiş tədbirlərə toxunaq:


ABŞ:

- Birləşmiş Ştatların Nyu Meksiko ştatının qubernatoru Susana Martinezin imzaladığı bəyannamə ilə 28 May 2014-cü il tarixi Nyu Meksiko ştatının bütün ərazisində “Azərbaycan Milli Günü” elan edilib. Bəyannamədə qubernator bildirib ki, 1918-ci ilin 28 may tarixində müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika olan Azərbaycan Demokratik Respublikası yaradılıb və bu dövlət digər demokratik dövlətlər, o cümlədən, ABŞ tərəfindən tanınıb. Qeyd olunur ki, qısa ömür sürməsinə baxmayaraq, ADR irqindən, cinsindən, etnik kimliyindən və ya dinindən asılı olmayaraq, bütün vətəndaşlara səsvermə hüququ verib və müsəlman dünyasında qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən ilk dövlət olub. Sonda hər il bütün dünyada milyonlarla azərbaycanlının 28 May tarixini milli gün kimi qeyd etdiyini vurğulayan qubernator bu tarixi Nyu Meksiko ştatının bütün ərazisində “Azərbaycan Milli Günü” elan edib və ştat sakinlərini bu günü qeyd etməyə çağırıb.

Belçika:

- Belçikadakı səfirliyimiz və NATO yanında nümayəndəliyinin təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib. Ziyafətdə Belçikanın rəsmi qurumlarının nümayəndələri, Belçikada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkədə fəaliyyət göstərən ictimai, mədəni, işgüzar dairələrin, mətbuat və diaspor qurumlarının nümayəndələri, Avropa İttifaqı və NATO yanında akkreditə olunmuş səfirlər, Avropa Parlamentinin üzvləri, Aİ və NATO-nun yüksək səviyyəli məmurları iştirak ediblər. Qəbulda Azərbaycanın klassik musiqi inciləri səsləndirilib, ölkənin müxtəlif guşələrinə səyahətə aparan sənədli film nümayiş olunub və Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilib.

Meksika:

- Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə Mexikoda rəsmi qəbul keçirilib. Tədbirdə Meksika Senatı və Deputatlar Palatasının rəhbər heyəti, XİN və digər dövlət qurumlarının təmsilçilərindən ibarət ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, Mexikoda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, ölkədə yaşayan yəhudi icmasının üzvləri və tanınmış elm və mədəniyyət xadimləri, cəmiyyətin müxtəlif təbəqələrindən olan həmvətənlilər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan səfir İlqar Muxtarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun şərqin ilk demokratik respublikası olaraq dünya dövlətçilik tarixinə töhfələrindən, habelə ölkəmizdə müasir dövlət quruculuğu yolunda ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına tarixi xidmətlərindən bəhs edib. Tədbirdə, həmçinin Azərbaycana dair video təqdimat nümayiş etdirilib. Sonra tədbir klassik musiqi parçalarından ibarət konsert proqramı ilə davam edib. 

Gürcüstan:

- Azərbaycanlıların yığcam yaşadığı Marneuli şəhərində 26 May - Gürcüstanın müstəqilliyinin bərpası Günü və 28 May - Azərbaycanda Respublika Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Suxumi Dövlət Universitetinin professoru Quram Marxulia və başqaları hər iki dövlətin müstəqillik tarixlərindən, strateji tərəfdaş ölkələr kimi üzləşdikləri müxtəlif problemlərdən, Gürcüstan və Azərbaycanın 20 faiz torpaqlarının işğal olunmasından, ölkələrimizin dövlətçiliyinin qorunub, saxlanılmasından və iqtisadiyyat, hərbi gücünün getdikcə inkişaf etməsindən, hər iki ölkənin ərazisindən ən böyük beynəlxalq layihələrin keçməsindən və əldə olunan uğurlardan söhbət açıblar. Qeyd olunub ki, müəyyən zaman çərçivəsində Azərbaycan və Gürcüstanın işğal olunan torpaqları geri qaytarılacaq və ərazi bütövlüyü təmin olunacaq. 

Rusiya:

- Sank-Peterburqun “Ermitaj” mehmanxanasında ölkəmizin Sank-Peterburqdakı Baş Konsulluğu tərəfindən Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 96-cı ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib. Tədbirdə şəhərin rəhbər şəxsləri, deputatlar, aparıcı universitetlərin rektorları, muzey direktorları, Sank-Peterburqdakı konsulluqların rəhbərləri, Azərbaycanlıların Dostları Milli–Mədəni Birliyi - "Naxçıvan" sədri İdris Qəhrəmanov, “Vətən” ictimai birliyinin sədri Məzahir Həsənov, Sank-Peterburqdakı ümumrusiya Azərbaycan konqresinin regional şöbəsinin rəhbəri Elmar Şahirzayev, ictimaiyyət və KİV nümayəndələri, həmçinin Neva çayı üzərində yerləşən şəhərdə yaşayan Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər. Çıxış edən baş konsul Elşad Qulamov 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılmasından danışıb, ümummilli lider Heydər Əliyevin XX əsrin 90-cı illərində Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında əvəzsiz xidmətini və bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. E.Qulamov Rusiya-Azərbaycan əlaqələrinin strateji əməkdaşlıq və mehriban qonşuluq əsasında yüksək inkişafını diqqətə çatdırıb. Qonaqlar müasir Azərbaycanın ayrı-ayrı regionlarının inkişafını, ölkə təbiətinin gözəlliyini və tarixi nadirliyini əks etdirən videoçarxa baxıblar.

İran:

- Azərbaycanın İrandakı səfirliyində də Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Qəbulda ölkə rəsmiləri, İran hökumətinin və parlamentinin üzvləri, Tehranda akkreditə olunmuş diplomatik korpusların və beynəlxalq təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə İranın rabitə naziri, Azərbaycan-İran hökumətlərarası müştərək komissiyasının həmsədri Mahmud Vaezi, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Ramazanəli Sobhanifər, Xarici İşlər Nazirliyinin rəsmiləri, Zəncan vilayətinin valisi, Zəncan Ticarət Palatasının sədri, Rabitə Nazirliyinin beynəlxalq əlaqələr idarəsinin rəisi və digər İran rəsmiləri iştirak ediblər. Səfirliyin həyətində quraşdırılmış böyük monitorda Azərbaycanın tarixi-mədəni abidələri, adət-ənənələri, mədəni irsi və s. haqqında film nümayiş olunub. Azərbaycan və İranın dövlət himnlərinin səslənməsindən sonra açılış nitqi ilə çıxış edən səfir Cavanşir Axundov Respublika Günü haqqında ətraflı məlumat verib, əsası 1918-ci il mayın 28-də qoyulmuş Azərbaycan Demokratik Respublikasının (ADR) müsəlman şərqində ilk demokratik, parlamentli respublika olması barədə məlumat verib, çox qısa müddət - cəmi 23 ay ərzində mövcud olmasına baxmayaraq, ADR-in ordu sisteminin formalaşdığı, insanların demokratik hüquq və azadlıqlarının bərqərar olunduğu və digər mütərəqqi işlərə imza atıldığını diqqətə çatdırıb.
Daha sonra İranın rabitə naziri M.Vaezi çıxış edərək, dost Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib, 

Pakistan: 

- “Pakistan Observer” qəzetində Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun “Müsəlman dünyasında ilk Demokratik Respublika” adlı məqaləsi dərc edilib. Məqalədə 1917-ci ildə baş vermiş inqilabın nəticəsində Rusiya imperiyasının süquta uğraması, ölkənin hər yerində xaosun hökm sürdüyü haqda məlumat verilir, bundan sui-istifadə edən Bakı Kommunasının erməni millətçilər tərəfindən1918-ci ilin fevral-mart aylarında Azərbaycanın müxtəlif şəhərlərində kütləvi qırğınların törədildiyi və minlərlə günahsız insanları qətlə yetirildiyi bildirilir. 
Materialda qeyd olunur ki, 1918-ci il mayın 28-də Müsəlman Milli Şurası tərəfindən Tiflisdə Müstəqillik Aktı qəbul edilib və bununla da AXC yaradılıb. Yazıda iyunun 16-da Milli Şura və AXC hökumətinin Gəncə şəhərinə köçdüyü və yeni qurulmuş hökumətin əsas vəzifəsinin Bakı və Azərbaycanın digər şəhərlərinin ermənilərdən azad edilməsi məsələsinin olduğu vurğulanıb… 28-də süquta uğradığı qeyd edilib və yalnız 71 ildən sonra xalqın iradəsi ilə Azərbaycanın müstəqilliyinin bərpa edildiyi bildirilib. Məqalədə Azərbaycan-Pakistan münasibətlərinə xüsusi yer ayrılıb, əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın bütün sahələri əhatə etdiyi bildirilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024