Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem, Karusel, Slayd (25-04-2018, 12:05)
icra başçısının yarıtmaz idarəçiliyi dövlətimizin sosial siyasəti ilə daban-dabana ziddir

Aprelin 17-də Biləsuvarda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 mart 2018-ci il tarixdə Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki tapşırıqlarının icrası ilə bağlı Biləsuvar rayonunda görülmüş işlərlə əlaqədar müşavirə keçirilib. Müşavirədə kənd əsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov da iştirak edib.

Mediatv.az-a məlumat verən şikayətçi bilbirir ki,İclasda iştirak edən Səmədabad kənd sakinləri icarələrində olan bələdiyyə və dövlət fond torpaqlarından istifadə edə bilmədiklərindən şikayətləniblər. Şikayətçilər yüz hektarlarla bələdiyyə və dövlət mülkiyyətində torpaq sahələrinin rayon rəhbərliyi tərəfindən Biləsuvar rayonuna aidiyyəti olmayan "Astaraçay"ın törəmə müəssisəsi "Muğan düyü" MMC-yə icarə müqaviləsi ilə verildiyini, torpağın əvvəlki icarəçilərinin isə zorla imtinaya məcbur edildiyini, pambıq əkini mövsümü başlasa da, heç bir iş görülmədiyini, əkinə yararlı sahələrin başına qaldığını bildirmişlər.Lakin bu günə kimi problem həllini tapmayıb.

Xatırladaq ki, Mediatv.az saytında bu problemlə əlaqədar artıq bir dəfə məqalə dərc olunmuş, redaksiyamızdan Biləsuvar RiH-nə sorğu məktubu göndərilmiş, lakin cavab alınmamışdır.  

Azərbaycanın da dəstəklədiyi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) prinsiplərinə görə  (Kənd təsərrüfatı haqqında Saziş) kənd təsərrüfatına dövlət dəstəyinin təmin olunmasında əsas məqsədlərdən biri insanların kənddən şəhərə axınının qarşısının alınmasıdır. Dövlətimizin başçısı fermerlərin fəaliyyət şəraitinin yaxşılaşdırılması, yüksək məhsuldarlıq əldə edən fermerlərə əlavə stimullaşdırıcı tədbirlərin tətbiqi, rəqabətədavamlı məhsul istehsalı üçün münbit şəraitin yaradılması, kənd təsərrüfatı məhsulları bazarının idxaldan asılılığının azaldılması və ixrac potensialının artırılması istiqamətində işlərin gücləndirilməsi barədə icra başçılarına tapşırıq və tövsiyələr versə də, əyalətlərdəki "kiçik padşahlar" öz bildiklərini, daha doğrusu, istədiklərini edirlər.

Dövlətimizin başçısı məlum müşavirədə bildirib ki, pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır: “Pambıqçılıq əmək tutumlu sahədir. Biz pambıqçılığın inkişafı ilə bağlı, eyni zamanda, on minlərlə yeni iş yeri yaratdıq. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Mən əvvəlki çıxışlarımda da bunu qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır. İş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik”.Bu nöqteyi-nəzərdən, Biləsuvar rayon rəhbərliyinin yarıtmaz idarəçiliyi dövlətimizin sosial siyasəti ilə də daban-dabana ziddir.  

Davamı var.  

 



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
19 07 2018
19 07 2018
19 07 2018
19 07 2018
19 07 2018
19 07 2018
19 07 2018
19 07 2018
19 07 2018
19 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018