Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (13-08-2014, 11:41)
“Ermənilərim ölüm siyahısında mənim də adım vardı”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xalq artisti, korifey müğənnimiz Flora Kərimova “Axar.az” saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

 

- Flora xanım necəsiz?
 
- Pərişanam.
- Cəbhədə baş verənləri izləyirsiz? 
 
- Təbii… Həm də çox yaxından. Ümumiyyətlə, bütün – daxili, xüsusən də xarici proseslərdən xəbərdaram.
- Bu haqda fikriniz?
 
- Xarici siyasət həm ümid, həm inam verir. Atılan addımlarda pozitivə göz yumub, hər şeyi pisləmək vərdişindən can qurtarmalıyıq.
 Müxalifətin və iqtidarın bir vətəni var. Heç birimizin Azərbaycanımızı maraqlara bölməyə haqqımız, ixtiyarımız yoxdur.
- Sənətçilərimiz cəbhədə düşmənlə üz-üzə dayanan əsgərlərimizə necə yardım edə bilərlər – maddi və ya mənəvi?
 
- Hər kəsin maddi yardıma imkanı olmasa da, mənəvi dəstək hər bir vətəndaş kimi bizlərin də borcudur. Xocalı işğal olunan zaman mən də cəbhəyə getmək üçün könüllü müraciət etmişdim. Ermənilər orda bizimkilərin siyahısını tuturdular ki, ilk olaraq kimləri öldürsünlər. Həmin siyahıda mənim də adım vardı. Bununla fəxr edirdim.
- Bəs indi sizə nə mane olur?
 
- Heç nə. Nə son illər keçirdiyim dörd mikroinsult, nə də ahıl yaşım.
 
- Sənətçilərin şəhidlərimizin dəfn mərasimlərinə qatılmamasına necə baxırsınız?
 
- Hər addım təşəbbüsə bağlıdır. İstək azdır. Sizlər qabağa düşüb bizi o yerlərə aparmalısız. Yol-riz bilməyən oralara necə getsin? Elə mən… Bütün hallarda, yenə də əlimdən gələni etməyə borcluyam və hazıram. Getməsəm, o zaman məni fərari sayarsınız.
- Flora xanım, şou biznesdəki müharibələr nə yerdədir?
 
- (Gülür) Qızım bu yaxınlarda İngiltərədən zəng edib soruşur ki, ana, necəsən? Darıxmırsanmı? Deyirəm, a qızım, sizinçün çox darıxıram deyə, başımı qarışdırmağa məşğuliyyət axtarıram… Qızım: ”Yenə neyləmək istəyirsən?” – soruşur. ”Ay vallah, sən deyən heç nə…
 Məhkəməyə verməyə namizəd axtarıram”, – deyirəm. (Gülüşürük)
- Sizin İlhamə Quliyeva və Faiq Ağayevlə münasibətlərinizin korlanmasına səbəb nə olub ki, bitib-tükənmək bilmir? Bu qədər məhkəmələr, söz davası sizə lazımdırmı?
 
- Bəs mən ailəmi, namusumu, şərəfimi, hüquqlarımı necə qorumalıyam?!
 
- Söhbət gəzir ki, İlhamə Quliyeva ilə barışmısınız…
- Bu şayiələrə yeganə cavabım: ”Ömründə ola bilməz!” Mən onun bütün millət qarşısında barışmaq cəhdinə çoxdan yox demişəm…
İlhamə Quliyeva öncə səsimin, sonra da bir qadın, bir ana kimi naxışımın davasını edir. Hələ indiyə qədər də ürəyi soyumur. Qaldı ki Faiqə, onun gözü kölgəlidir, özü millət arasında rüsvaydır deyə, kim barmağını silkələyirsə, neytrallaşdırmaq üçün qaçır onun dalınca.
Bu yaxınlarda Faiq Ağayev televiziya proqramlarının birində özünə haqq qazandıran yalanlar danışdı, guya mən onun barəsində həqiqətə uyğun olmayan, əsassız sözlər demişəm, yəni ona böhtan atmışam. Amma Faiqi ifşa edəcəm, onun kim olduğu haqqında əlimdə məhkəmə qərarım var.
Xoşməramlı səfir adıyla öyünən İlhamə isə bilməmiş olmaz ki, mən o adla ondan bir il qabaq, yəni 2005-ci ildə təltif olunmuşam və həmin ödül mənə mötəbər insanların təbriki ilə verilib. Ancaq bu adla acıq verib, cavanları şantaj etmək heç ağlıma da gəlməyib. Ümumiyyətlə, mən alan ödüllərin dərəcəsi ilə o alan ödüllərinki arasında mənəvi fərq böyükdür.
İllər öncə Rusiya telekanallarının birindən Dibrov soyadlı intellektual aparıcı Azərbaycana gəlmişdi. Dəbdə olan sual-cavab verilişinə sənət adamlarını dəvət etmişdi. O veriliş böyük bir skandala səbəb oldu. İndiyə qədər o hadisə dillər əzbəridir.
- Səbəbi?
 
- Səbəbi aydın idi. Söz gəzirdi ki, Faiq Dibrovdan hansısa yollarla sualları alıb, verilişə hazırlıqlı gəlib. Çoxları Faiqi hazırcavab hesab edir. Ümumiyyətlə, mən sənət-sübutla danışmağın tərəfdarıyam.
 Məndə olan internet müsahibələrinin birində o barədə Faiqin özünün etirafını xatırlatmaq istəyirəm: ”Mənim özümə veriləcək sualları əvvəlcədən bilməsəm, müsahibəyə razılıq vermirəm”. Faiqin bir şakəri də var. Çox vaxt münasibət qurduğu aparıcılara və müxbirlərə sualları özü tərtib edib verirdi.
- Flora xanım, keçək sizin sənət cəbhənizə – nə yeniliklər var?
 
- Çox gözəl mahnılarım var, amma yenicə əməliyyat olunmuşam və hələ ki həkimlər oxumağa icazə vermir.
- Bağışlamağı bacarırsınız?
 
- Yox, cavanlıqda çox ürəyiyumşaq idim, həyat mənə qəddar olmağı öyrətdi. Artıq bağışlamağı bacarmıram.
- Özünüz bağışlamağı bacarmadığınız halda, o məşhur mahnıda niyə bağışlanmağınızı istəyirsiz?
 
- Onu mən istəmirəm, şair və bəstəkar istəyir. Mən onların istəklərini musiqi dili ilə insanlara çatdırıram.
 
- Flora övlad səfinizdə durum necədi?
 
- Bir oğlum, bir qızım, oğlumdan iki nər oğlan nəvəm var.
 
- Əldə etdiyiniz nailiyyətlərə görə kimə borclusunuz?
 
- Yaradana və Onun verdiyi səsə.
- Flora xanım, çoxmu olur – söylədiyiniz bəzi fikirlərə xoşagəlməz don geyindirirlər. Yəni təbiətinizə uyğun olmayan yozumlara əl atırlar?
 
- Bircə dəfə oldu, o da alınmadı. Millətim inanmadı. Heç müzakirələrə də yol vermədi. O cəhd elə uğursuz olaraq da qaldı. Əks halda oğlum və nəvələrim vətəndən uzaq Almaniyada yaşamazdı, zəhmətinə sarılıb, mənə maddi köməkdən azad olardı, övladlarım yanımda qalardı, Avropa Məhkəməsində deputatlığımı sübut etməyə məcbur olmazdım, mən də bəziləri kimi prezident təqaüdü alardım…
- Flora xanım, sizin də başqa sənətçilər kimi xaricdə var-dövlətdən bir şeyiniz varmı? Heç vaxt reklam etdiyinizi görməmişik.
-Yoxdur. Olsaydı da, reklam etməyə ehtiyac duymazdım. Öz xalqıma var-dövlətimlə göz dağımı verməliyəm? Mənim yaşayış tərzim adi vətəndaşlarınkından fərqlənmir. Olsa-olsa fərq istedadımda ola bilər.
- Bədbəxt də deyiləm!
Bu yerdə Flora xanımın qızına üzümüzü tuturuq:
 
- Zümrüd xanım, Flora Kərimova sizin üçün kimdir?
- Anadır. Sadəcə sevdiyim, səcdə etdiyim, bənzəmək istədiyim bir varlıq.
- Belə ananın övladı olmaq sizə hansı hisslər yaşadır?
 
- Psixologiyada belə bir kəşf var ki, insan xoşbəxtliyinin 20 faizi həyatda yaşanan olaylara, 30 faizi yaşadığı mühitə, 50 faiz isə genlərə bağlıdır. Valideynlərimdən mənə miras qalmış xoşbəxtliyi duya bilmək qabiliyyəti mənim çox xoşbəxt olmağıma əsas verir.
Sonda Flora xanım şəhidlərimizin ailələrinə başsağlığı verdiyini, onlara Allahdan səbir dilədiyini bildirdi:
“Mən onların cavanlığına borcluyam, onların matəmində bəzənən qırmızı xonçalarına, məzarlarının üstünə örtülən üçrəngli bayrağa borcluyam. Qoy Yaradan Şəhid balalarımızın qəhrəmanlığını uca tutub, onların məkanlarını cənnət etsin.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024