Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (25-04-2018, 09:30)
Tanışını öldürən keçmiş məhkum bəraət alıb

Tanışını öldürən keçmiş məhkum bəraət alıb

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vüqar Həsənovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz soyuq silah saxlama, əldə etmə və gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Mediatv.az-ın məlumatına görə, ötən il oktyabrın 15-də Vüqar Həsənov və Elşən Məmmədov deşilmiş-kəsilmiş xəsarətlərlə Xətai rayonundakı 3 saylı kliniki xəstəxanaya daxil olublar. 

Hər ikisi cərrahi əməliyyata qaldırılsa da, E.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmaya başlayan Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları aydınlaşdırıblar ki, hadisə Köhnə Günəşli qəsəbəsində, General Mehmandarov küçəsi, 20 ünvanında baş verib.

Həyatı xilas edilən V.Həsənovun müalicəsi xəstəxanada polis nəzarəti ilə davam etdirilib və o, sağalandan sonra, təcridxanaya köçürülüb. 

İstintaqın gedişatında məlum olub ki, bir-birini bıçaqlayan əvvəllər məhkum olunan Vüqar Həsənovla Elşən Məmmədov eyni məhəllədə yaşayıblar. Həmin axşam binanın qarşısında mübahisəyə Elşən Məmmədovun Allaha və peyğəmbərə üsyan etməsi səbəb olub.

Belə ki, onun azyaşlı övladı xərçəng xəstəliyindən dünyasını dəyişib. Buna görə Məmmədov oğlunun ölməsinə üzüldüyünü və buna görə dəfələrlə Allahı günahkar saydığını deyib. Vüqar Həsənov ona etirazını bildirdikdə, aralarında dava başlayıb və onlar bir-birlərini bıçaqlayıblar. 

Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı V.Həsənova 19 il cəza təyin edilməsini xahiş edib. 

Məhkəmə təqsirləndirilən şəxsin qətli özünümüdafiə məqsədilə törətməsi qənaətinə gəlib və onun əməlinin həmin maddəyə tövsif edərək, barəsində bəraət hökmü çıxarıb. Qanunsuz silah saxlamağa görə Vüqar Həsənova doqquz ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024